Nağdlaşdırmaya görə sadələşdirilmiş vergi necə hesablanır?

Nağdlaşdırmaya görə sadələşdirilmiş vergi necə hesablanır?

Satışı yekunlaşmaq olan “Vergi uçotu: A-dan Z-yə” (III nəşr) kitabından seçmə

Vergi Məcəlləsinin 220.12-ci maddəsinə əsasən, hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə 1 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanır. Bu maddə ilə bağlı diqqət yetiriləsi məqamlar aşağıdakılardır:

1) Bu vergi sırf vergi ödəyicilərinə aid olduğundan adi vətəndaşların nağd pul çıxarmasına görə vergi tutulmur.

Misal. Tutaq ki, “A” MMC işçinin əmək haqqı kartına 500 manat ödəyir, işçi həmin vəsaiti nağdlaşdırdıqda 1 faiz vergi ödəmir. Və ya hansısa vətəndaşa pul köçürmələri vasitəsilə vəsait daxil olduqda, həmin vəsatin nağd formada hesabdan çıxarılmasına görə 1 faiz sadələşdiirlmiş vergi hesablanmır.

2) Nağd vəsaitlərin çıxarılması ilə bağlı sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə hər hansı güzəşt nəzərdə tutulmayıb.

Yəni, istər kənd təsərrüfatı ilə, istərsə də ixrac və ya istehsal fəaliyyəti ilə məşğul olanlar bank hesabından nağd pul çıxardıqda 1 faiz  sadələşdirilmiş vergi ödəməlidir. Eyni hal vergi ödəyicisinin  bank hesabından çıxarılan nağd pulun təyinatı ilə də bağlıdır. Vergi ödəyicisinin hesabından əmək haqqı və ya təsərrüfat fəaliyyəti ilə bağlı  nağd pul çıxarılması hallarında da 1 faiz vergi tutulur.

3) Dövlət təşkilatları və bələdiyyələrin bank hesablarından vəsaitin çıxarılması zamanı 1 faiz  sadələşdirilmiş vergi tutulmamalıdır.

Çünki bu maddə hüquqi şəxs statusunda yaradılan müəssisə və təşkilatlar, həmçinin sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə aiddir. Bu məntiqlə icarə fəaliyyətindən, yəni qeyri-sahibkarlıq fəaliyyətindən gəlir edənlər də, bank hesabından vəsaiti nağdlaşdırdıqda, 1 faiz vergi ödəməməlidirlər.

Bank hesabından vəsaitin çıxarılması ilə bağlı hesablanan 1 faizlik sadələşdirilmiş vergi ilə bağlı hesabatı bank hesabına malik olan vergi ödəyicisi vermir, bank “Pul vəsaitlərinin nağd çıxarılmasına görə sadələşdirilmiş verginin bəyannaməsi”ni təqdim edir.

Vergi ödəyicisi bank hesablarından nağdlaşdırmaya görə ödədiyi 1 faiz dərəcəsi ilə tutulan sadələşdirilmiş vergi xərcini gəlirdən çıxılan xərclərə aid etməlidir. Yəni, gəlir və ya mənfəət vergisi ödəyicisi müvafiq bəyannamə və cari vergi arayışlarında bu məbləği xərc kimi qeyd edə bilər.

2021-ci ilin mart ayında satışda olacaq kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

3) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

4) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat

5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat

6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat

8) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir. Test nəşrləri üçün CD-diskdə onlayn test yerləşdirilib.

 

0 Komment

    Şərh yazın

    Xəbərlər