Çərşənbə, 10 Fevral 2021 08:11

Malın gömrük (statistik) və invoys dəyərində fərqlər olduqda malın maya dəyəri üzrə hesablama necə aparılır?

Satışına start verilən “Vergi uçotu: A-dan Z-yə” (III nəşr) kitabından seçmə

Mümkündür ki, gömrük orqanı vergi ödəyicisinin gətirdiyi malın idxal dəyəri ilə razılaşmasın. O halda vergi orqanı gömrük qanunverciliyinin tələblərinə uyğun hesablama aparmaq hüququna malikdir.

Mİsal.  Vergi ödəyicisi bir ədədinin dəyəri 3 dollar olan 500 ədəd mal idxal edib. Gömrük orqanı iddia edir ki, malın dəyəri 3 dollar yox, 5 dollardır. Bu halda idxal olunan malın gömrüklə bağlı hesablamaları aşağıdakı kimi olacaq:

Malların gömrük dəyəri - 2 500 dollar (5 dollar x 500) x 1,7 manat (məzənnə) = 4 250 manat;

Malların gömrük rüsümü - 4 250 manat x 10 faiz = 425 manat;

Gömrük haqqı - 120 manat;

ƏDV hesablanacaq gömrük dəyəri – 4250  + 425 + 120 = 4 795 manat;

ƏDV məbləği – 4 795 manat x 18 faiz = 863,10 manat.

Hesab edək ki, malın daşınma xərci 600 manatdır.

Malın maya dəyərini müəyyənləşdirmək üçün gömrük dəyəri yox, invoys dəyəri əsas götürüləcək:

Malın bir ədədinin maya dəyəri  = (2550 manat (malın invoys dəyəri – 3 dollar x 500 ədəd x1,7 məzənnə) + 425 manat (gömrük rüsumu) +  120 manat (gömrük haqqı)+ 600 manat (daşınma xərci)) / 500 (malların sayı) = 7, 39 manat

Malın gömrük dəyərini hesablasaydıq, o halda maya dəyəri fərqli olacaqdı:

Malın bir ədədinin maya dəyəri  = (4250 manat (malın gömrük dəyəri) + 425 manat (gömrük rüsumu) + 120 manat (gömrük haqqı) + 600 manat (daşınma xərci))/ 500 (malların sayı) = 10, 79 manat

Göründüyü kimi, malın gömrük və invoys dəyəri üzrə hesablamalar apardıqda, alış dəyərində 3,40 manat (10,79 manat – 7,39 manat) fərq yaranır.

Bu isə həmin mal üzrə vergi ödəyicisinin gəlirdən çıxılan xərclərində 1700 manat fərq yaradır ki, nəticədə vergi ödəyicisi 340 manat manat (1700 manat x 20 faz) az vergisi ödəməli olur.

Əgər malları idxal edən şəxs ƏDV ödəyicisi deyilsə, o zaman malın dəyəri aşağıdakı kimi olacaq:

Malın 1 ədədinin maya dəyəri  = (2550 manat (malın invoys dəyəri) + 425 manat (gömrük rüsumu) + 120 manat (gömrük haqqı) + 600 manat (daşıma xərci) + 863,10 manat (ƏDV) ) / 500 (malların sayı) = 9, 116 manat

Vergi orqanının bu məsələyə yanaşması Vergi Məcəlləsinin 139.2-ci maddəsinə əsaslanır. Həmin maddəyə əsasən, əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir.

Bu səbəbdən də, vergi orqanı tələb edir ki, vergi ödəyicisi idxal etdiyi malı gömrük yox, invoys dəyəri ilə uçota alsın.

 

2021-ci ilin fevral ayında satışda olacaq kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

3) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

4) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat

5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat

6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat

8) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir. Test nəşrləri üçün CD-diskdə onlayn test yerləşdirilib.

 

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

 

 

Şərh yazın