Vergi Məcəlləsinin 55.2-ci maddəsinin 2 MİSALLA izahı

Vergi Məcəlləsinin 55.2-ci maddəsinin 2 MİSALLA izahı

Satışına start verilən “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” kitabından seçmə

Vergi Məcəlləsinin 55.2-ci maddəsinə əsasən, bu Məcəllənin 55.1-ci maddəsində müəyyən edilən hallar olduqda, şəxs vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusuna görə, bu Məcəllənin 55.1.6-cı maddəsində göstərilən hallarda faizlərin ödənilməsi istisna olmaqla, məsuliyyət daşımır.

Maddədən göründüyü kimi, vergi ödəyicisi yuxarıda qeyd edilən hallar üzrə vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusuna görə məsuliyyət daşımır. Vergi Məcəlləsinin 55.1.6-cı maddəsində vergi ödəyicisi dəqiqləşdirilmiş hesabat verdiyi zaman Vergi Məcəlləsinin 59.1-ci maddəsi üzrə faizlərin ödənilməsini də həyata keçirir.

Mİsal 1. Vergi ödəyicisi ağır xəstəliyi səbəbindən bəyannaməni vaxtında təqdim edə bilməyib. Bu halda vergi orqanı Vergi Məcəlləsininin 58.1-ci maddəsində nəzərdə tutulan bəyannamənin təqdim edilməməsinə görə 40 manat maliyyə sanksiyasını tətbiq etmir.

Mİsal 2. Vergi ödəyicisi vergi orqanının rəsmi məktubuna əsaslanaraq, 2019-cu ildə əmək haqqıdan gəlir vergisi hesablayarkən 4000 manat vergini dövlət büdcəsinə ödəməyib. Bu halda vergi ödəyicisinə Vergi Məcəlləsinin 57.1-ci maddəsinə uyğun olaraq, verginin hesabatda göstərilən məbləğini verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmasına görə 50 faiz həcmində, yəni 2000 manat (4000 manat x 50 faiz) maliyyə sanksiyası tətbiq edilməyəcək. Amma Vergi Məcəlləsinin 59.1-ci maddəsinə görə, vergi müəyyən edilmiş müddətdə ödənilmədiyi halda, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisinə vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz hesablanacaq.

 

2021-ci ilin fevral ayında satışda olacaq kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

3) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

4) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat

5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat

6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat

8) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir. Test nəşrləri üçün CD-diskdə onlayn test yerləşdirilib.

 

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər