Vergi ödəyicisinin həmin gəliri mənfəət vergisinə cəlb ediləcək. Sadəcə vergi ödəyicisinin əmək haqqı xərclərində həmin 3000 manat “Xərclər” bölməsində əks ediləcək.
Amma burada bir məqam var ki, əmək haqqı xərci öhdəliyi vergi ödəyicisinin hesablamalı olduğu xərclərə aid edilir. Yəni vergi ödəyicisi Dövlət Vergi Xidmətinin maliyyə dəstəyi olmadığı halda aprel ayı üzrə xərc öhdəliklərini yerinə yetirməlidir. O səbəbdən də, fikrimizcə vergi ödəyicisi olan hüquqi şəxs əldə etdiyi maddi dəstəyi əmək haqqı xərclərinin əvəzləşdirilməsi fikri ilə tam olaraq razılaşmaq düzgün olmazdı.
Qeyd edək ki, gələcəkdə hüquqi şəxs olan vergi ödəyicisi fərdi sahibkar kimi maliyyə dəstəyi alarsa, həmin məbləğə yanaşma da əmək haqqı üzrə maddi dəstəklə eyni olacaq.
Sonda bir məsələni bildirək ki pandemiya ilə əlaqədar müvəqqəti vergi rejiminin tətbiqi zamanı Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə müvəqqəti vergi rejimi müddətində sahibkarlıq subyektlərinə dövlət büdcəsinin vəsaiti hesabına ödənilən maddi yardımın mənfəət (gəlir) vergisindən və sadələşdirilmiş vergidən azad edilməsi nəzərdə tutulsa da, yekun təsdiqdə həmin dəyişiklik layihədən çıxarıldı.
Fiziki şəxslərin gəlir vergisi, sadələşdirilmiş vergi bəyannaməsi və hüquqi şəxslərin sadələşdirilmiş vergi bəyannaməsində maddi yardımın necə əks etdirilməsi nəşrimizin müvafiq bölmələrində əks etdirilib.
2021-ci ilin yanvar ayında satışda olacaq kitablar:
1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat
2) Vergi Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat
3) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat
4) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat
6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat
7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat
8) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.