Xidməti müqaviləsi necə hazırlanmalıdır? (Nümünəvi forma)

Xidməti müqaviləsi necə hazırlanmalıdır? (Nümünəvi forma)

Satışı bitən “Vergi uçotu: A-dan Z-yə” (II nəşr) kitabından seçmə

XİDMƏT MÜQAVİLƏSİ

Bakı şəhəri                                                                        «___»______20   -ci il.

                Bir tərəfdən «AA» MMC (bundan sonra SİFARİŞÇİ adlandırılacaq), cəmiyyətin direktoru __________________ şəxsində, digər tərəfdən «SS»  MMC (bundan sonra İCRAÇI  adlandırılacaq), cəmiyyətin direktoru __________________________ şəxsində bu müqaviləni aşağıdakı şərtlərlə bağladılar.

  1. MÜQAVİLƏNİN PREDMETİ

1.1. SİFARİŞÇİ  ona məxsus olan köhnə avadanlıqların əsaslı təmirini, modernləşdirilməsini İCRAÇIya sifariş verir və İCRAÇI həmin sifarişi mütəmadi olaraq yerinə yetirir.

1.2. Müqavilə imzalandığı gündən 2 (iki) il  müddətində qüvvədədir.

  1. TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ

2.1. SİFARİŞÇİ:

2.1.1. əsaslı təmir, modernləşdiriləsi avadanlıqlar barəsində əvvəlcədən   İCRAÇIya məlumat verməlidir;

2.1.2.  xidmət haqqının vaxtında ödənilməsini təmin etməlidir;

2.1.3. avadanlıqların ona məxsus olmasına cavabdehlik daşıyır;

2.1.4. istehsalat zərurəti yarandıqda avadanlıqların təmiri üçün onları İCRAÇInın iş yerinə çatdırmalıdır.

2.1.5. əsaslı təmir, modernləşdirilmiş avadanlıqlarda görülmüş işləri təhvil-təslim aktı ilə təhvil almalıdır.

2.2. İCRAÇI

2.2.1. verilmiş sifarişin vaxtında yerinə yetirilməsini öhdəsinə götürür.

2.2.2. İCRAÇIdan xidmət haqqının vaxtında ödənilməsini tələb edir.

2.2.3. görülmüş işləri  müvafiq sənədlərlə (aktlarla) rəsmiləşdirməklə təhvil verir.

2.2.4. avadanlıqların təmirini, modernləşdirilməsini SİFARİŞÇİnin  iş yerində həyata keçirməlidir. İstehsalat zərurəti yaranarsa, öz iş yerində həmin işləri yerinə yetirə bilər, bu haqda əvvəlcədən SİFARİŞÇİyə məlumat verməlidir.

  1. XİDMƏT HAQQI

3.1. SİFARİŞÇİ ilə İCRAÇI arasında görüləcək işlərin ümumi dəyəri 10.000 (on min) manat müəyyənləşdirilir. Görülmüş işlərin, istifadə olunmuş mal-materialların, ehtiyat hissələrinin dəyəri təhvil-təslim sənədlərində  öz əksini tapacaq. 

3.2. Ödəniş təhvil-təslim aktına əsasən aparılacaqdır.

3.3. Xidmət haqqı, hər bir görülmüş iş üçün təhvil-təslim aktı imzalandıqdan sonra SİFARİŞÇİ tərəfindən İCRAÇIya 3 (üç) gün ərzində  köçürmə qaydasında ödəniləcək.

  1. TƏRƏFLƏRİN MƏSULİYYƏTİ

4.1.  Bu müqavilənin şərtlərinin pozulması və ya yerinə yetirilməməsi nəticəsində tərəflər bir-birinə vurduqları zərərə görə mülki-hüquqi məsuliyyət daşıyırlar. Tərəflər fors-major hallarında bu müqavilə şərtlərinin icra edilməməsinə və ya lazımi qaydada icra edilməməsinə görə məsuliyyətdən azad edilirlər.                                                              

  1. FORS-MAJOR

5.1. Tərəflərin  istək  və  arzularından  asılı  olmayan, qabaqcadan  bilinməsi və  ya ağlabatan vasitələrin  köməyi  ilə  qarşısının  alınması  mümkün  olmayan  şərait  üzündən ,  o cümlədən, müharibə  elan  edilməsi,  yaxud faktiki  müharibə, mülki  iğtişaşlar, epidemiyalar, blokada, embarqo, zəlzələlər,  daşqınlar,  yanğınlar,  başqa  təbii  fəlakət  və  hökumətin  qadağa tədbirləri  nəticəsində öhdəliklərin  yerinə  yetirilməməsinə görə  tərəflərdən  heç  biri  digər tərəf  qarşısında  məsuliyyət daşımır.

  1. MÜBAHİSƏLƏRİN HƏLLİ

6.1.  Tərəflər arasında bu müqavilənin icrasından irəli gələn mübahisələr qarşılıqlı razılıqla həll olunur.

6.2. Qarşılıqlı razılıqla həll olunmayan mübahisələr məhkəmə qaydasında həll edilir.

  1. TƏRƏFLƏRİN HÜQUQİ ÜNVANLARI VƏ REKVİZİTLƏRİ

SİFARİŞÇİ:                                                                           İCRAÇI:

«AA» MMC                                                                      «SS»  MMC

Rekvizitlər:_________                                Rekvizitlər:_________

Direktor:    ___________                                           Direktor:    __________

 

“A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı yeni nəşri SATIŞDA

1 Komment

  1. Ruslan 15 Dekabr 2022

    xahis edirik ashagida qeyd olunmush mail adrese atarsiz

Şərh yazın

Xəbərlər