Ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan sahibkarların vergitutma ilə bağlı müəyyən sualları yaranır. Bu suallardan bəzilərini sərbəst auditor Altay Cəfərov cavablandırır.

Vergi Məcəlləsinin 164.1.18-ci maddəsində deyilir ki, kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən, sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr - 2014-cü il yanvarın 1-dən 10 il müddətinə ƏDV-dən azaddır.

Misal: Tutaq ki, ƏDV ödəyicisi olan "AA" MMC istixanada pomidor istehsal edir, Müəssisə 2020-ci ilin iyul ayında 20.000 manatlıq məhsul istehsal etmiş, məhsulu "SS" MMC-yə satmışdır. "SS" MMC (o da ƏDV ödəyicisidir) isə aldığı məhsulu 30.000 manata satmışdır.

Sual: Bu halda, müəssisələrin ƏDV öhdəliyi necədir?