Çərşənbə, 08 İyul 2020 09:27

Vahid Bəyannamədə Əmək qabiliyyətinin müvəqqəti itirilməsi müavinəti daxil edilərkən hansı bölmələr seçilməlidir?

"Vergi uçotu: A-dan Z-yə" (II nəşr) kitabının "Vahid Bəyannamənin tərtibi" bölməsindən seçmə

İndi isə təcrübədə daha çox rast gəlinən halları nəzərdən keçirək.

Misal. Vergi ödəyicisi işçiyə aprel ayında əmək qabiliyyətini 10 günlük itirdiyinə 400 manat müavinət hesablayıb. Bu zaman vergi ödəyicisi işçi üzrə aşağıdakı prosesdurları icra etməlidir:
- “MDSS haqqına cəlb olunmayan gəlirlər” bölməsində 15.6-ci hissə seçilməklə 3-cü ay üzrə 400 manat qeyd edilməlidir
- “İşsizlikdən sığorta haqqında cəlb olunmayan gəlirlər” bölməsində “Hesablanmış əmək haqqı fonduna daxil olmayan gəlirlər” hissəsində 3-cü ay üzrə 400 manat qeyd edilməlidir;
- Əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrə təsadüf edən iş günlərinin sayını bəyannamənin “İşçinin işləmədiyi iş günləri haqqında məlumat” əlavəsində qeyd etməklə, “işçinin xəstələnməsi” səbəbini göstərir.
Əmək qabiliyyətininin müvəqqəti itirilməsinə görə müavinətdən gəlir vergisi hesablandığı üçün bəyannamənin “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi üzrə güzəşt və azadolmalar” bölməsinə hər hansı məlumat qeyd olunmur.

Vergi Məcəlləsində və “Sosial sığorta haqqında” qanunda 02 iyun 2020-ci il tarixinə nəzərdə tutulan bütün dəyişikliklərin şərh edildiyi, Anar Bayramovun müəllifi olduğu “Vergi uçotu: A-dan Z-yə” kitabı satışda

 
 
 

Şərh yazın