Çərşənbə axşamı, 07 İyul 2020 08:06

DİQQƏT!Yanlış fəaliyyət kodu daxil edən vergi ödəyicilərini 1 aya qədər həbs və ya 10 000 manat cərimə gözləyir

Xəbər verdiyimiz kimi, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən 5 iyul 2020-ci il tarixdən www.icaze.e-gov.az portalında xeyli sayda iş icazəsi ləğv edilib.  İş icazələrinin ləğvi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi xidməti tərəfindən Nazirlər Kabinetinin 208 saylı qərarına əsasən, fəaliyyəti məhdudlaşdırılan və 50 faizlik limit tətbiq edilən sahələrin vergi ödəyicilərinin fəaliyyət kodlarına uyğunlaşdırılmasının həyata keçirilməsindən sonra aparılıb.

İqtisadiyyat Nazirliyi iş icazələri ilə bağlı vergi ödəyicilərinə nə tövsiyə edir?

İqtisadiyyat Nazirliyi rəsmi acıqlamasında bildirib ki, iş icazələrinin ləğvinin əsas səbəblərindən biri vergi ödəyicisinn fəaliyyət göstərdiyi sahə ilə fəaliyyət kodunun uyğun gəlməməsidir: “Vergi ödəyicilərindən daxil olan müraciətlərin araşdırılması zamanı ən çox rast gəlinən hallardan biri də vergi ödəyicilərinin real fəaliyyət sahəsi təsnifat kodunun əsas fəaliyyət sahəsinə uyğun gəlməməsi və ya vergi orqanlarına fəaliyyət sahələri üzrə təqdim olunan məlumatlarda uyğunsuzluqların müşahidə edilməsidir ki, bu da icazələrin aktivləşdirilməsində çətinliklər yaradır.”

İqtisadiyyat Nazirliyinin rəsmi açıqlamasında tövsiyə edilir ki, hüquqi və fiziki şəxslər öz şəxsi məlumatlarına bir daha baxsınlar və fəaliyyət istiqamətlərini dəqiqləşdirsinlər.

Artıq bəzi vergi ödəyiciləri fəaliyyət kodunun dəqiqləşdirilməsini həyata keçirib və bununla bağlı Dövlət Vergi Xidmətinə rəsmi müraciət edib. Qeyd edək ki, bu məsələ ilə bağlı vergi ödəyicinin onlayn kargüzarlıqdan necə müraciət etməsini misallarla izah etmişik. Yazı ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

http://mks.az/taxes/trainings/item/11044-f%C9%99aliyy%C9%99t-kodunun-d%C9%99yi%C5%9Fdirilm%C9%99si-nec%C9%99-apar%C4%B1l%C4%B1r-misallarla-izah.html

 İqtisadiyyat Nazirliyinin karantin rejiminə görə cərimə tətbiq etmək hüququ var?

Mks.az saytına müraciət edən bəzi vergi ödəyiciləri iş icazəsi almaq məqsədilə fəaliyyət kodunun yanlış daxil etməsinin doğurduğu məsuliyyət barədə maraqlanıblar.

Ölkə Prezidenti İlham Əliyevin imzaladığı fərmanla “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli, 96-VQ nömrəli Qanununun tətbiqi barədə” fərmana dəyişiklik edilib. Həmin dəyişikliyə əsasən, İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə həmin işlər üzrə inzibati icraata başlamış Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, sahibkarlıq fəaliyyəti subyektlərinə və onların vəzifəli şəxslərinə münasibətdə isə həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi baxacaq.

Qeyd edək ki, son dəyişikliyədək İnzibati Xətalar Məcəlləsinin  211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxırdı.

 Vergi ödəyicisi qəsdən yalnış fəaliyyət kodu daxil edərsə, hansı məbləğdə cərimə  edilə bilər?

İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən,  epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir.

 Göründüyü kimi, Dövlət Vergi Xidməti müəyyən edərsə ki, vergi ödəyicisi səhvən fəaliyyət kodu daxil edərək  qeyri-qanuni iş icazəsi alıb, o zaman İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə uyğun olaraq cərimə tətbiq edəcək.

Vergi Məcəlləsində və “Sosial sığorta haqqında” qanunda 02 iyun 2020-ci il tarixinə nəzərdə tutulan bütün dəyişikliklərin şərh edildiyi, Anar Bayramovun müəllifi olduğu “Vergi uçotu: A-dan Z-yə” kitabı satışda

 
 
 

1 Şərh

  • Şərh bağlantısı Farid Çərşənbə axşamı, 14 İyul 2020 18:47 tərəfindən təqdim olunub Farid

    Bəs yaxşı, vergi orqanına yaxınlaşıb VÖEN almaq istəyəndə, fəaliyyətin tikinti sahəsində olması barədə məlumat verəndə, orta otuzdurduqları "ağıllı" isə mənə falçılıq kodu təyin edəndə, həmin əməkdaşa cəza niyə düşmür? Necə deyərlər, problem həmişəki kimi vətəndaşdadır.

Şərh yazın