Bazar ertəsi, 06 İyul 2020 12:17

Fəaliyyət kodunun dəyişdirilməsi necə aparılır? (Misallarla İzah)

Xəbər verdiyimiz kimi, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən www.icaze.e-gov.az portalında xeyli sayda iş icazələri ləğv edilib. Fəaliyyətlərin ləğvinə əsas səbəb kimi, fəaliyyət kodlarının uyğunlaşdırılmasında vergi ödəyicisinin fəaliyyəti ilə kodunun uyğun gəlməməsidir. Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi xidməti Nazirlər Kabinetinin 208 saylı qərarına əsasən, fəaliyyəti məhdudlaşdırılan və 50 faizlik limit tətbiq edilən sahələrin vergi ödəyicilərinin fəaliyyət kodlarına uyğunlaşdırılmasını həyata keçirib.

Mks.az saytına daxil olan suallardan ən çoxu fəaliyyət kodunun dəyişdirilməsi ilə əlaqədar olduğu üçün fərdi sahibkarlar üzrə məlumat dəyişikliyini addım-addım izah edək:

 1) Vergi ödəyicisisi onlayn kargüzarlığa daxil olaraq vergi orqanına məktubla müraciət etməlidir. Bu zaman müracət ərizəsinin növü olaraq “fiziki şəxslərin məlumat dəyişikliyi ərizəsi”ndən istifadə edilməlidir:

 2) Vergi ödəyicisi əsas fəaliyyət növü üzrə yeni kodu daxil etdikdən sonra məlumatların vergi orqanına göndərilmsini təmin etməlidir. Qeyd edək ki, yeni fəaliyyət növünün qarşısında “Əsas” qeyd etmək lazımdır ki, iş icazələrinin alınması zamanı həmin kod əsas götürülsün.

Vergi Məcəlləsinin 34.7.2.-ci maddəsinə  əsasən, Vergi ödəyicilərinin uçot məlumatlarında dəyişikliklər onların müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş forma üzrə təqdim etdikləri ərizə əsasında aparılır.

Qeyd edək ki, ərizə göndərildikdən sonra aşağıdakı formada bildiriş çıxır:

"Fiziki şəxsin məlumat dəyişikliyi" ərizəsinin qəbul olunması haqqında  

BİLDİRİŞ 

XXXXXXXXXXXXXX
__________________________________
(Müraciət edənin tam adı)

XX.XX.2020
__________________________________
tarix

 Tərəfinizdən göndərilmiş “Fiziki şəxsin məlumat dəyişikliyi” ərizəsi Vergilər Nazirliyinin AVİS “Kargüzarlıq” altsistemində 2039010813744900 nömrəsi ilə qeydiyyata alınmışdır. Ərizəyə əsasən 2 iş günü ərzində müvafiq dəyişikliklər ediləcəkdir.

Vergi Məcəlləsində və “Sosial sığorta haqqında” qanunda 02 iyun 2020-ci il tarixinə nəzərdə tutulan bütün dəyişikliklərin şərh edildiyi, Anar Bayramovun müəllifi olduğu “Vergi uçotu: A-dan Z-yə” kitabı satışda

 
 
 

 

 

Şərh yazın