Altı və beşgünlük iş rejimində çalışan vergi ödəyiciləri bəyannaməni necə tərtib etməlidir?

Altı və beşgünlük iş rejimində çalışan vergi ödəyiciləri bəyannaməni necə tərtib etməlidir?

Hal-hazırda satışda olan "Vergi uçotu: A-dan Z-yə" (II nəşr) kitabının "Vahid Bəyannamənin tərtibi" bölməsindən seçmə

Vahid bəyannamə vergi ödəyicilərinin istifadəsinə verildikdən sonra cavablandırılması çətinlik yaradan suallardan biri də altı və beşgünlük iş rejimində çalışan vergi ödəyicilərinin hansı rejim üzrə məlumatı ilkin bölmədə qeyd etməsidir. Qeyd edək ki, vergi ödəyicisi vahid bəyannamənin ilkin bölməsində ümumi iş günlərini qeyd etməlidir:

Vergi ödəyicisinə yalnız bir rejimi seçmək imkanı tanındığı üçün, işçilərin faktiki iş günlərində fərqliliklər yaranır.
Araşdırmalar zamanı məlum oldu ki, vergi ödəyicisi ilkin bölmədə 6 günlük iş rejimi üzrə iş günlərinin sayını qeyd etməlidir. Misal üçün, mart ayında 5 və 6 günlük iş rejimi üzrə müvafiq olaraq 16 və 19 iş günü olsa da, vergi ödəyicisi 19 iş gününü qeyd etməlidir. Təbii ki, bu zaman beşgünlük iş rejimində çalışan işçilər üzrə faktiki iş günlərin sayı ümumi iş günlərindən ən azı 3 gün az olacaq. Vergi ödəyicisi həmin işçilər üzrə “İşçilərin işləmədiyi iş günlərinin səbəbi” hissəsində 3 gün qeyd etməli və səbəb kimi “Növbəli iş vaxtı”nı seçməlidir.
Bir məsələni də qeyd edək ki, işçilərin hansı hissəsinin 5 və ya 6 günlük iş rejimində işləməsindən asılı olmayaraq ilkin bölmənin “Ümumi iş günləri” altbölməsində 6 günlük iş rejimi üzrə günlərin sayı göstərilməlidir.

Vergi Məcəlləsində və “Sosial sığorta haqqında” qanunda -02 iyun 2020-ci il tarixinə nəzərdə tutulan bütün dəyişikliklərin şərh edildiyi, Anar Bayramovun müəllifi olduğu “Vergi uçotu: A-dan Z-yə” kitabı

ARTIQ SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

0 Komment

    Şərh yazın

    Xəbərlər