Pandemiya zamanı aktual olam məsələ: İcarəyə götürülən obyektin qeydiyyatı

Pandemiya zamanı aktual olam məsələ: İcarəyə götürülən obyektin qeydiyyatı

Hal-hazırda satışda olan "Vergi uçotu: A-dan Z-yə" (II nəşr) kitabının "Vergi ödəyicilərinin uçotu və ləğvi" bölməsindən seçmə

Vergi orqanı pandemiya dövründə bəzi vergi ödəyicilərin maliyyə dəstəyi ilə bağlı müraciətinə cavab olaraq aşağıdakı məzmunda məktub göndərmişdi:

------------------------------------------------------------------------------------
“Bildiririk ki, elektron uçot-məlumat bazası üzrə araşdırma nəticəsində fəaliyyət növünüzə uyğun aktiv və ya dayandırılmış təsərrüfat subyektinizin (obyektin) mövcud olmadığı müəyyən edilmişdir.
Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 33.2-ci maddəsinin tələblərinə əsasən həmin Məcəllənin 34.3-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla, vergi ödəyicisinin filialı, nümayəndəliyi və ya digər təsərrüfat subyekti (obyekti) olduqda, vergi ödəyicisi həm özünün olduğu yer üzrə, həm də filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu ünvan üzrə vergi uçotuna alınmalıdır.
Göstərilənləri nəzərə alaraq, Koronavirus (COVİD-19) pandemiyası ilə bağlı maliyyə dəstəyi proqramından yararlanmaq üçün qısa zaman ərzində fəaliyyət növünüzə uyğun təsərrüfat subyektinin (obyektin) vergi uçotuna qoyulmasının təmin edilməsi Sizdən tələb olunur.
------------------------------------------------------------------------------------
Vergi ödəyicisinin obyektinin uçota alınması zamanı əsasən iki halla rastlaşırıq.
Birinci hal. Obyekti vergi ödəyicisi olmayan şəxsdən icarəyə götürdükdə.
Vergi ödəyicisi vergi ödəyicisi olmayan şəxslə notariusda icarə müqaviləsi bağlayır və obyekə kod alınması üçün vergi orqanına müraciət edir.
İkinci hal. Obyekti vergi ödəyicisi olan şəxsdən icarəyə götürdükdə.
Bu zaman icarədarın obyektə görə kod olmalıdır, yoxdursa, kod alınması üçün müraciət etməlidir. İcarəçi vergi ödəyicisi də həmin kodu vergi orqanına göndərməklə obyekti uçota aldırır.
Qeyd edək ki, obyektə kod almaq üçün onlayn kargüzarlıqdan “Təsərrüfat subyektinin(obyektinin) qeydiyyatı” adlı ərizə formasından istifadə etmək lazımdır.  Obyekt haqqında məlumatlar daxil edildikdən sonra, sənəd ərizə formasına qoşma edilərək vergi orqanına göndərilməlidir. Vergi orqanı obyektlə bağlı hər hansı uyğunsuzluq olmadığı halda 2 iş gün əzində vergi ödəyicisinin obyektini qeydə alır.

Vergi Məcəlləsində və “Sosial sığorta haqqında” qanunda -02 iyun 2020-ci il tarixinə nəzərdə tutulan bütün dəyişikliklərin şərh edildiyi, Anar Bayramovun müəllifi olduğu “Vergi uçotu: A-dan Z-yə” kitabı

ARTIQ SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

 
 
 

0 Komment

    Şərh yazın

    Xəbərlər