Vergi ödəyicisi riskli vergi ödəyicisi ilə əməliyyat apardıqda o da “qara siyahıya” düşməlidir?

Vergi ödəyicisi riskli vergi ödəyicisi ilə əməliyyat apardıqda o da “qara siyahıya” düşməlidir?

Hal-hazırda satışda olan "Vergi uçotu: A-dan Z-yə" (II nəşr) kitabının "Riskli vergi ödəyicisi" bölməsindən seçmə

Vergi ödəyicilərini maraqlandıran məsələlərdən biri də intizamlı vergi ödəyicisini riskli vergi ödəyicisi hesab olunan şəxslə əməliyyat aparmasının nəticəsidir. Çünki bəzi hallarda qarşı tərəf riskli vergi ödəyicisi olmasına baxmayaraq vergi ödəyicisi, obrazlı desək, əmtəəli əməliyyat apara bilər.

Əgər riskli vergi ödəyicisi ilə əməliyyat aparılması qarşı tərəfin də həmin kateqoriyaya aid olunması deməkdirsə, o zaman mobil operator şirkətlərini (“Azercell”, “Bakcell” və s.) və ya xidmət göstərən dövlət qurumlarını (“Azərışıq”, “Azərqaz” və s.) da riskli vergi ödəyicisi saymaq lazımdır. Çünki bu tip vergi ödəyicilərinin əksər vergi ödəyicilərinə xidmət göstərdiyini nəzərə alsaq, onların siyahısında riskli vergi ödəyicisinin olması ehtimalı daha çoxdur.
Vergi orqanlarının rəsmiləri bildirirlər ki, riskli vergi ödəyiciləri ilə mübarizə məqsədilə vergi orqanları çarpaz elektron təhlillər aparırlar. Vergi ödəyicisinin digər şəxslərlə münasibəti aydınlaşdırılır ki, həmin şəxslərlə aparılan əməliyyatlar əmtəəsiz həyata keçirilib, yoxsa yox.
Fikrimizcə, vergi ödəyicisi riskli vergi ödəyicisi ilə apardığı əməliyyatın tək kağız üzərində yox, həm də faktiki olaraq aparıldığını sübut edərsə, onu həmin kateqoriyaya aid etməyəcəklər və ya siyahıdan çıxardacaqlar.

Vergi Məcəlləsində və “Sosial sığorta haqqında” qanunda -02 iyun 2020-ci il tarixinə nəzərdə tutulan bütün dəyişikliklərin şərh edildiyi, Anar Bayramovun müəllifi olduğu “Vergi uçotu: A-dan Z-yə” kitabı

ARTIQ SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

 
 
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər