İşçinin əmək haqqını süni şəkildə azaltmağın “məzuniyyət yolu” hansıdır?

İşçinin əmək haqqını süni şəkildə azaltmağın “məzuniyyət yolu” hansıdır?

“Vergi uçotu: A-dan Z-yə” (II nəşr) kitabından seçmə

Təcrübədə rast gəlinən hallardan biri də odur ki, işəgötürən işçi ilə yüksək əmək haqqı nəzərdə tutan əmək müqaviləsi bağlayır, amma ayın sonunda işçinin aylıq əmək haqqı kəskin şəkildə azalır.

Misal. Vergi ödəyicisi işçi ilə 1000 manatlıq əmək müqaviləsi imzalayır. Elektron informasiya sistemində məbləğin normal həddə olması dövlət qurumlarında fikir formalaşdırır ki, işəgötürən əmək münasibətlərini düzgün rəsmiləşdirib. Vergi ödəyicisi vahid bəyannamə təqdim etdikdə, məlum olur ki, işçi ödənişsiz məzuniyyətdən istifadə etdiyi üçün, əmək haqqı hər ay 400 manat ətrafında olur.
Vergi ödəyicisi məbləğin aşağı olmasının səbəbini işçinin Əmək Məcəlləsinin 129-cu maddəsinin tələblərinə uyğun olaraq ödənişsiz məzuniyyət hüququndan istifadə etməsi ilə izah edir. Amma araşdırma zamanı müəyyən olunur ki, işəğötürənin məqsədi işçiyə rəsmi olaraq daha az əmək haqqı verməkdir.
Qeyd edək ki, vergi orqanı vahid bəyannaməyə daxil edilən məlumatlar əsasında ödənişsiz məzuniyyət hüququndan istifadə edən işçilər haqqında informasiya əldə edəcək.
Bir məsələni qeyd edək ki, hesabat dövrü ərzində işçinin əmək, təhsil və yaradıcılıq məzuniyyət hüququndan istifadə zamanı işçiyə məzuniyyət haqqı hesablandığından risk meyarları baxımdan bu məsələdə problem yoxdur.

 Vergi Məcəlləsində və “Sosial sığorta haqqında” qanunda 15 may 2020-ci il tarixinə nəzərdə tutulan bütün dəyişikliklərin şərh edildiyi, Anar Bayramovun müəllifi olduğu “Vergi uçotu: A-dan Z-yə” kitabı yaxın günlərdə satışda

 
 
 

0 Komment

    Şərh yazın

    Xəbərlər