ƏDV-nin geri qaytarılması prosesi mühasiblərin işini niyə artıracaq? (4 MISALLA IZAH)

ƏDV-nin geri qaytarılması prosesi mühasiblərin işini niyə artıracaq? (4 MISALLA IZAH)

Yaxın günlərdə satışa çıxarılacaq Anar Bayramovun “Vergi uçotu: A-dan Z-yə” (II nəşr) kitabından seçmə

ƏDV-nin geri qaytarılmasının incə məqamlardan biri də istehlakçının aldığı malı geri qaytarması prosesidir. Qeyd edilən halla bağlı 3 məqamı nəzərdən keçirəcək.

Birinci hal. Alıcı malı aldığı tarixdən 30 gündən gec olmayaraq gec qaytarır.

Misal 1. Vergi ödəyicisi istehlakçıının 10 aprel 2020-ci il aldığı 400 manatlıq malı 20 aprel 2020-ci ildə geri qaytarır. Bu zaman vergi ödəyicisinin ödənişi ləğv edilir və bu əməliyyat nəticəsində istehlakçınnın edvgerial.az saytındakı çekinin statusu “Gözləyən”dən “Ləğv olunan”a keçirir.

İkinci hal. Alıcı malı aldığı tarixdən 30 gün sonra geri qaytarır.

Misal 2. İstehlakçı nağd formada aldığı 200 manatlıq malı geri qaytarır. Bu alğı-satqı üçün vergi ödəyicisinə 3,05 manat ƏDV-nin qaytarılması nəzərdə tutulub və istehlakçınnın edvgerial.az saytındakı çekinin statusu “Qaytarılan”dır.

Bu zaman vergi ödəyicisi istehlakçıya malın tam dəyərini yox, qaytarılan ƏDV çıxılmaqla, yəni 196,95 manat (200 manat – 3,05 manat) ödəməlidir.

Üçünçü hal. Alıcı aldığı malı başqa bir malla dəyişdirir. Bu zaman daha ucuz və ya daha yüksək qiymətli mala dəyişdirməklə 2 fərqli proses baş verə bilər.

Misal 3. Vergi ödəyicisi alıcının nağd şəkildə 100 manata aldığı malı 80 manatlıq malla dəyişdirdikdə, fərqi çıxmaqla ödənişi istehlakçıya qaytarmalıdır. 100 manatlıq və 80 manatlıq mala görə qaytarılan ƏDV məbləği müvafiq olaraq 1,52 manat və 1,22 manat təşkil edir. O səbəbdən  dəyişdirilmə zamanı vergi ödəyicisinə 20 manat yox, 19,70 manat (20 manat - (1,52 manat - 1,22 manat)) qaytarılmalıdır.

Misal 4. Vergi ödəyicisi istehklakçının nağd şəkildə 100 manata aldığı malı 120 manalıq malla dəyişdirdiyi halda ilkin alınmış mal ilə dəyişdirilmiş mal arasında olan qiymət fərqi üzrə ƏDV məbləği geri qaytarılmalıdır. Yəni, 100 manat və 80 manatlıq mala görə qaytarılan ƏDV məbləği 1,52 manat və 1,83 manat təşkil etdiyindən, istehlakçı 0,31 manat (1,83 manat – 1,52 manat) ƏDV məbləğini geri qaytaracaq.

Misallardan göründüyü kimi, malların geri qaytarılması və ya dəyişdirilməsi hallarında vergi ödəyicisi ilə yanaşı, mühasiblər də prosesə nəzarət etməlidirlər ki, yekunda hər hansı kənarlaşma baş verməsin.

 

2 Komment

  1. Şünasi 08 May 2020

    1. Ədv-nin qaytarılması qanun qüvvəyə minən gündən sayılır,yoxsa qanundan əvvəlki günlərədə şamil edilir. 2. Araz marketlər yeni kassa aparatlarla təmin olunubmu. 3. Araz kartı yoldaşımın adınadı,mən öz telefonumda hesab aça bilərəmmi. 4. Hesab açmaq üçün hansı sayta girmək lazımdır. Əvvəlcədən minnətdarlığımı bildirirəm.

  2. Ruslan 11 İyul 2020

    Salam edvgerial poetaldan geydayata kecdim ve sonra aldigim mallarin cekini bir bank vasitesi ile daxil etdim bir ay kechdikden sora ceck girmiziya kechdi ve legv olunan kimi gosterilib.magaza ile elage saxladig arasdirdiq.hec bir sey onlar terefinden legv olunmayib.mene gaytarilan mebleq 176manat olmaliydi.bu neden bas verib?

Şərh yazın

Xəbərlər