Bazar ertəsi, 27 Aprel 2020 09:25

Vahid bəyannamədə cari rüb ərzində işə qəbul edilən yeni işçilər necə əks olunmalıdır?

Yaxın günlərdə satışa çıxacaq Anar Bayramovun “Vergi uçotu: A-dan Z-yə” (II nəşr) kitabından seçmə

  • Ayın ortasında işə qəbul olma

Hesabat dövrü ərzində işçinin əmək müqaviləsinə xitam halları olduğu kimi, yeni işçinin işə qəbul edilməsi də mümkündür.

Misal. Vergi ödəyicisi 10 mart 2020-ci ildə işçi ilə əmək müqaviləsi imzalayıb. Deməli, işçi mart ayında vergi ödəyicisində iş günlərini tam işləməyib. O səbəbdən mart ayı üzrə faktiki iş günlərinin sayı 11 gün (16 (tam iş günlərinin sayı) – 5 (işləmədiyi günlərin sayı) olacaq.

Həmçinin, vahid bəyannamənin “İşçinin işləmədiyi iş günləri haqqında məlumat” əlavəsində mart üzrə işləmədiyi 5 iş günü yuxarıdakı səbəblə qeyd edilməlidir.

Vergi Məcəlləsində və “Sosial sığorta haqqında” qanunda 1 aprel 2020-ci il tarixinə nəzərdə tutulan bütün dəyişikliklərin şərh edildiyi, Anar Bayramovun müəllifi olduğu “Vergi uçotu: A-dan Z-yə” kitabı mayın 5-dən satışda

Şərh yazın