151.2-ci maddəyə uyğun “Cari vergi ödəmələrin hesablanması haqqında” Arayışı necə hazırlanmalıdır? (Misalla izah)

151.2-ci maddəyə uyğun “Cari vergi ödəmələrin hesablanması haqqında” Arayışı necə hazırlanmalıdır? (Misalla izah)

Anar Bayramovun müəllifi olduğu, yaxın günlərdə satışa çıxaracaq “Vergi uçotu: A-dan Z-yə” (II nəşr) kitabından seçmə

Indi isə, vergi ödəyicilərinin “Cari vergi ödəmələrin hesablanması haqqında” Arayışın Vergi Məcəlləsinin 151.2-ci maddəsinin doldurulmasını misallarla izah edək. Vergi Məcəlləsinin 151.2-ci maddəsinə əsasən, vergi ödəyicisi cari vergi ödəmələrinin məbləğini cari rübdəki gəlirinin həcmini onun keçən ilin ümumi gəlirində (gəlirdən çıxılan məbləğlər nəzərə alınmadan) verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirə bilər.

Maddənin tələblərinə əsasən, vergi ödəyicisi Vergi Məcəlləsinin 151.2-ci maddəsinə əsasən 2020-ci ilin cari rübləri üzrə "“Cari vergi ödəmələrin hesablanması haqqında” Arayışını təqdim etmək üçün 3 maliyyə göstəricisinə malik olmalıdır: 

- 2019-cu il üzrə GƏLİR (xərclər nəzərə alınmamaqla);

- 2019-cu il üzrə Mənfəət və ya Gəlir VERGİSİ;

- 2020-ci ilin cari rübü üzrə GƏLİR (xərclər nəzərə alınmadan)

Misal 1. Orta sahibkarlıq subyekti olan vergi ödəyicisinin 2020-cu ilin 1-ci rübündə xərclər nəzərə alınmadan gəliri 40 000 manat və 2019-cu il ərzində ümumi gəliri isə 200 000 manat olub. 2019-cu ildə gəlirdən çıxılan xərclər 80 000 manat olduğu üçün mənfəət və ya gəlir vergisi 24 000 manat ((200 000 – 80 000) x 20 faiz) təşkil edib. Deməli, 2019-cu il üzrə mənfəət və ya gəlir vergisinin gəlirlərdə xüsüsi çəki əmsalı 0,12-dür (24 000/200 000). Bu zaman I rüb üzrə cari vergi ödəməsi 4 800 manat (40 000 (I rüb üzrə gəlir) x 0,12 (əmsal) olacaq.

Online karguzarlıq vasitəsiylə təqdim olunan “Cari vergi ödəmələrin hesablanması haqqında” Arayışında göstəricilərin yazılması aşağıdakı kimi olacaq:

Bölmə 2. Cari vergi ödəmələrinin hesablanması
-------------------------------------------Vergi Məcəlləsinin 151.2-ci maddəsinə əsasən:-------------------------------
290. Əvvəlki hesabat ilində ümumi gəlir
:
200 000 (daxil edilir)
291. Əvvəlki hesabat ilində hesablanmış mənfəət(gəlir) vergisi
:
24 000 (daxil edilir)
292. Əvvəlki hesabat ilində hesablanmış mənfəət(gəlir) vergisinin ümumi gəlirdə xüsusi çəkisi
   - 12 (Avtomatik hesablayır)
293. Cari rübdəki ümumi gəlirin həcmi
:
40 000 (daxil edilir)
294. Cari vergi ödəməsinin həcmi
 :
4800 (Avtomatik hesablayır)

 Misal 2.  Mikro sahibkarlıq subyekti olan vergi ödəyicisinin  2020-cu ilin 1-ci rübündə gəliri 4 000 manat və 2019-cu il ərzində ümumi gəliri isə 18 000 manat olub. Gəlirdən çıxılan xərclər və mikro sahibkarlıq subyektlərinə 75 faiz güzəştin olması səbəbində 2019-cu il üzrə mənfəət və ya gəlir vergisi 1 200 manat  təşkil edib. Deməli, mənfəət və ya gəlir vergisinin gəlirlərdə xüsüsi çəki əmsalı 0,067-dür (1200/18 000). Bu zaman I rüb üzrə cari vergi ödəməsi 266,67 manat (4000 (I rüb üzrə dövriyyə) x 0,067 (əmsal) olmalıdır. Amma vergi ödəyicisi mikro sahibkarlıq subyekti olduğu üçün gəlirlərinə 75 faiz güzəşt tətbiq edildiyi üçün, arayışda I rüb üzrə ödəməli olduğu cari ödəməni avtomatik olaraq 66,67 (266,67- (266,67 x 75%)) manat kimi təqdim edəcək:

 Online karguzarlıq vasitəsiylə təqdim olunan “Cari vergi ödəmələrin hesablanması haqqında” Arayışında göstəricilərin yazılması aşağıdakı kimi olacaq:

Bölmə 2. Cari vergi ödəmələrinin hesablanması
-------------------------------------------Vergi Məcəlləsinin 151.2-ci maddəsinə əsasən:-------------------------------------------
290. Əvvəlki hesabat ilində ümumi gəlir
:
18 000 (daxil edilir)
291. Əvvəlki hesabat ilində hesablanmış mənfəət(gəlir) vergisi
:
1 200 (daxil edilir)
292. Əvvəlki hesabat ilində hesablanmış mənfəət(gəlir) vergisinin ümumi gəlirdə xüsusi çəkisi
:
6,6667 (avtomatik hesablayır)
293. Cari rübdəki ümumi gəlirin həcmi
:
4 000 (daxil edilir)
294. Cari vergi ödəməsinin həcmi
:
266,67 (avtomatik hesablayır)
295. VM-nin 102.1.30-cu və 106.1.20-ci maddələrinin tələbləri nəzərə alınmaqla cari vergi ödəməsinin həcmi
:
66,67 (avtomatik hesablayır)

Fikrimizcə, vergi orqanı mikro sahibkarlıq subyekti üzrə “Cari vergi ödəmələrin hesablanması haqqında” Arayışı üzrə göstəricilərin hesablanmasını tətbiq edərkən, əsas məqamı diqqətdən yayındırıb. Belə ki, 2020-ci il üzrə verginin xüsusi çəkisini göstərən əmsalı müəyyənləşdirilkən 75 faizlik güzəşti texniki hesablamalarda nəzərə alıb. Həmçinin, əmsal hesablanarkən  cari rüb üzrə 75 faizlik güzəştin daxil edilməsi vergi ödəyicisi cari ödəməsi avtomatik az hesablanmasına səbəb olur. Bu cür hesablama büdcə ödənişləri üzrə vəsaitlərin daxil ollmasının icrasına təsir edir. Həmçinin vergi ödəyicisinin yekun gəlir və mənfəət vergisi bəyannaməsinin təqdim olunması zamanı 2020-ci il üzrə gəlir və ya mənfəət vergisi üzrə məbləğlə cari ödəmələrin cəmi ilə arasında yaranan fərq zamanı iri məbləğdə vergi ödənişinin tələb olunmasına səbəb olacaq. 

Vergi orqanı tərəfindən mikro sahibkarlıq subyektləri olan vergi ödəyiciləri üçün “Cari vergi ödəmələrin hesablanması haqqında” Arayış formasının hesablanmasında texniki düzəlişlərin etməsi məqsədəuyğundur.

0 Komment

    Şərh yazın

    Xəbərlər