Dövlət tərəfindən işçilərin əmək haqlarının ödənilməsi ilə bağlı 7 AKTUAL sualın cavabı

Dövlət tərəfindən işçilərin əmək haqlarının ödənilməsi ilə bağlı 7 AKTUAL sualın cavabı

İqtisadiyyat Nazirliyi pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əmək haqqının müəyyən hissəsinin ödənilməsi ilə bağlı sahibkarlara maliyyə dəstəyi göstərəcək. Bununla bağlı vergi ödəyicilərinin bəzi sualları yaranıb və onlar mks.az saytına müraciət ediblər.  Mks.az saytının ekspertləri daxil olan sualları qruplaşdırıraq aşağıdakı cavabları hazırlayıb.

Dövlət tərəfindən bütün vergi ödəyicilərinin işçilərinin əmək haqları ödəniləcək?

Nazirlik tərəfindən pandemiyadan zərər çəkmiş 385 iqtisadi fəaliyyət sahəsinin adı açıqlanıb. Məhz qeyd edilən fəaliyyət sahələrinə uyğun vergi ödəyicilərinin işçilərin əmək haqlarının müəyyən hissəsi ödəniləcək.

Fəaliyyət sahələrinin siyahısı ilə saytımızda yerləşdirilən yazıda tanış ola bilərsiniz:

http://mks.az/news/other/item/10901-diqq%C9%99t-iqtisadiyyat-nazirliyi-pandemiyadan-z%C9%99r%C9%99r-%C3%A7%C9%99kmi%C5%9F-f%C9%99aliyy%C9%99t-sah%C9%99l%C9%99ri-a%C3%A7%C4%B1qlad%C4%B1-385-sayda-siyahi.html

Vergi ödəyicisi onlayn kargüzarlıq vasitəsilə müraciət edərək işçilərin sayı və hər biri haqqında məlumatları vergi orqanına göndərməlidir. Bu haqda da saytımızda ətraflı məlumat yerləşdirilib:

http://mks.az/news/news-taxes/item/10899-d%C9%99st%C9%99k.html

İşçilərin əmək haqları tam şəkildə ödəniləcək?

Qaydalara əsasən,  muzdlu işçilərə vəsaitlərin ödənilməsi prosesində Dövlət Statistika Komitəsi tərəfindən yanvar ayının sonuna hesablanmış ölkə üzrə orta aylıq əmək haqqının məbləği - 712 manat əsas meyar kimi götürülüb. Əgər muzdlu işçilərin aylıq əmək haqqı 712 manatdan azdırsa, onlara əvvəl aldıqları faktiki əmək haqqı, əgər çoxdursa o zaman hər bir muzdlu işçiyə  712 manatın ödənilməsi təmin ediləcək.

Misal: Pandemiyadan zərər çəkmiş fəaliyyət sahələri üzrə fəaliyyət göstərən vergi ödəyicisinin iki işçisi üzrə əmək haqqı 500 və 800 manat təşkil edir.

Bu zaman dövlət tərəfindən vergi ödəyicisinə 500 manat əmək haqqı alan işçiyə  görə 500 manat, digər işçiyə görə isə 800 yox, 712 manat ödəniləcək. Göründüyü kimi, yanvar ayının sonuna ölkə üzrə orta aylıq əmək haqqı məbləğindən çox olan işçiyə 88 manat (800 -712) az əmək haqqı ödəniləcək.

Qeyd edək ki, Pandemiyadan zərər çəkən sahələrdə fəaliyyət göstərən işəgötürənlərin muzdlu işçilərinə əmək haqlarının ödənilməsi 2 ay  ərzində bərabər hissələrlə həyata keçiriləcək.

İşçinin yalnız əmək haqqı ödəniləcək?

Qaydalara əsasən, dövlət tərəfindən işçilərin əmək haqları və onların fərdi sosial sığorta hesabında vəsaitlərin toplanmasının davam etdirilməsi üçün sosial sığorta ayırmaları sahibkarın hesabına köçürüləcək.

Misal.  500 manat əmək haqqı alan işçiyə görə dövlət tərəfindən vergi ödəyicisinə 500 manatdan əlavə əlavə, həmin ödənişlə əlaqədar işəgötürənin ödəyəciyi sosial ayırma məbləği ödəniş olacaq.

Dövlət Vergi ödəyicisinin bütün işçilərinin əmək haqlarına dəstək olacaq?

Vergi ödəyicilərini maraqlandıran suallardan biri bütün işçilərin əmək haqqlarına dövlət dəstəyinin olub-olmaması ilə bağlıdır. Mümkündür ki, vergi ödəyicisi bir necə istiqamət üzrə fəaliyyət göstərsin. Misal üçün, tutaq ki,10 işçisi olan vergi ödəyicisinin 6 və 4 işçisi müvafiq olaraq pərakəndə ticarət və turizm sahələrində fəaliyyət göstərir. Bu zaman vergi ödəyicisi artıq turizm sahəsində fəaliyyət göstərən 4 işçisiyə dəstək verilməsi ilə bağlı müraciət etməlidir.

Bundan əlavə, mümkündür ki, vergi ödəyicisinin bəzi işçiləri evdən işləməklə və ya digər hallarda (məsələn, ofis bağlı olsa da, mühafizə işçisi çalışır) əmək fəaliyyətlərini davam etdirsinlər. Bu tip hallarda da həmin işçilərin əmək haqlarının işəgötürən tərəfindən ödənilməsi məqsədəuyğun hesab ediləcək.

Ödənişi vergi orqanı, yoxsa başqa qurum həyata keçirəcək?

Öncədən qeyd edək ki, vergi ödəyicisi maliyyə dəstəyini almaq üçün MÜTLƏQ bank hesabına malik olmalıdır. Çünki, maliyyə dəstəklərinin yalnız NAĞDSIZ qaydada aparılması nəzərdə tutulur. Vergi ödəyicisi tərəfindən vergi orqanına edilən müraciət qəbul olunduqdan sonra müvafiq emaldan keçir və gün ərzində Maliyyə Nazirliyinə göndərilir ki, müvafiq tranzit hesabdan sahibkarın göstərdiyi bank hesabına vəsaitin ödənilməsi təmin edilsin.

 Vergi ödəyicisi həmin vəsaiti başqa məqsədlərə xərcləyə bilər?

Vergi ödəyicisi vergi orqanına müraciət zamanı öhdəlik götürür ki, vəsait yalnız təyinatı üzrə, işçilərə əmək haqqı kimi ödənilməlidir. Çünki dövlət muzdlu işçilərin əmək haqlarının, həmçinin onların fərdi sosial sığorta hesabında vəsaitlərin toplanmasının davam etməsi üçün sosial sığorta ayırmalarının vergi ödəyicisinin hesabına köçürülməsini təmin edir. Vəsaitlərdən yalnız təyinatı üzrə istifadə olunmalıdır, əks halda onlar dövlət büdcəsinə qaytarılacaq və müvafiq tədbirlər görüləcək.

Yəni, vergi orqanı yoxlamalar zamanı müəyyən etsə ki, vergi ödəyicisi tərəfindən həmin vəsaitlər təyinatına uyğun xərclənməyib, o zaman vəsaitlər dövlət büdcəsinə qaytarılacaq və vergi odəyicisinə qarşı müvafiq tədbirlər görüləcək.

Vergi ödəyicisinin borcu olduğu halda proses necə tənzimləcək?

Mümkündür ki, vergi ödəyicisinin dövlət büdcəsinə vergi və ya sosial sığorta üzrə borcunun mövcudluğu səbəbindən hesabında sərəncam olsun. Bu zaman işçilərin əmək haqların ödənilməsi məqsədi ilə, vergi orqanı tərəfindən banklardan sərəncamların geri götürülməsi təmin olunacaq.

 

1 Komment

  1. umud 10 İyul 2020

    biz idam zali sahesi bize aprel ay odensi oldu may ayi ucun odenis olmadi.vergi mektub yazdim deyir odenilegek guya..bizde bir isci 300 diger isci 280 emek haqqi alirdi.bize cemi hesaba 347.50 azn odenis oldu bir aprel aya.indi 10 iyuldur.may daha odenmedi..yani burda qeyd olunan kimi deyil .tam emek haqqi odenmir.

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər