Vergi ödəyicilərinin vahid bəyannamə ilə diqqət yetirəsi ÖNƏMLİ MƏQAM

Vergi ödəyicilərinin vahid bəyannamə ilə diqqət yetirəsi ÖNƏMLİ MƏQAM

Anar Bayramovun müəllifi olduğu, yaxın günlərdə satışa çıxaracaq “Vergi uçotu: A-dan Z-yə” (II nəşr) kitabından seçmə

 2020-ci ilin I rübündən etibarən "Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi", "Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat", "İşsizlik sığortası üzrə rüblük hesabat" və "İcbari tibbi sığorta üzrə rüblük hesabat" formaları birləşdirilərək, yeni vahid "Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)”nin forması təsdiq edilib. 

Vahid bəyannamə ilə maraqlı məqamlardan biri də vergi ödəyicisinin bir necə kod üzrə bəyannamənin necə hazırlanması prosesidir.  Misal üçün pərakəndə ticarət sahəsində fəaliyyət göstərən və işçiləri olan vergi ödəyicisi 2019-cu il tarixdə  məcburi dövlət sosial sığortası üzrə iki fərqli rüblük hesabat təqdim edirdi: Fərdi sahibkar və işəgötürən kimi.

Hesabatların vahid formaya salındıqdan sonra, 2020-ci ilin 1-ci rübündən etibarən vergi ödəyicisi əmək haqqı ilə yanaşı fərdi sahibkar kimi sosial öhdəliklərini eyni hesabata əlavə etməlidir. Əgər vergi ödəyicisi işçiləri olan fərdi sahibkar yalnız minimum əmək haqqıya uyğun hesablamlar haqqında bəyannamə təqdim edərsə, o zaman növbəti bəyannamədə əmək haqqı üzrə göstəriiciləri təqdim edərkən vergi orqanı qəbul etməyəcək. Çünki, vergi orqanı cari vahid bəyannaməni qəbul etdiyi üçün "XƏTA" olduğunu bildirəcək. O səbəbdən də, vergi ödəyiciləri vahid bəyannamədə əmək haqqı ilə yanaşı, fərdi sahibkar hətta xidmət müqaviləsi üzrə ödəmə mənbəyindən sosial ayırma hesabladığı halda da bütün göstəriciləri bir yəni vahid bəyannamədə qeyd etməlidir.

 

0 Komment

    Şərh yazın

    Xəbərlər