Vaxtı keçmiş vergilər üzrə faiz necə hesablanır? (Misalla izah)

Anar Bayramovun müəllifi olduğu "Vergi uçotu: A-dan Z-yə" kitabından seçmə

Vergi qanunvericiliyində hər bir vergi öhdəliyinin ödənilmə müddəti müəyyən edilib. Vergi Məcəlləsinin 59-cu maddəsinə əsasən, vergi və ya cari vergi ödəməsi Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur.
Vergi Məcəlləsi ilə müəyyən edilmiş faiz vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir. Bu faiz səyyar vergi yoxlaması nəticəsində aşkar edilmiş vaxtında ödənilməmiş vergi məbləğlərinə həmin vergi məbləğlərinin vergi ödəyicisinə hesablandığı gündən tətbiq edilir.

Misal. 30 aprel 2019-cu il tarixli səyyar vergi yoxlamasının nəticəsi olaraq, vergi ödəyicisi olan “A” MMC-də yanvar ayında 900 manat əmək haqqıdan gəlir vergisi ödəməsinin həyata keçirilməməsi aşkar olunub. Vergidən yayınma 30 aprel tarixində müəyyən olunmasına baxmayaraq, ödənilməmiş vergi məbləğlərinə faiz, vergi borcunun yarandığı gündən 0.1 faizi həcmində ötmüş günlərin sayına vurulmaqla hesablanır. Gəlir vergisi üzrə verginin ödənilməsi növbəti ayın 20-nə kimi olduğu üçün yanvar ayı üzrə gəlir vergisi üzrə faizin hesablanması 21 fevral tarixindən həyata keçiriləcək.
Fərz edək ki, vergi ödəyicisi həmin borcu 06 may 2019-cu il tarixində ödəyir. Vergi borcunun yarandığı (21 fevral 2019) gündən ödənildiyi tarixə (05 may 2019) kimi 74 gün keçib. Bu zaman hesablanmış faiz məbləği 66,60 manat (900 manat x 74 gün x 0,1 faiz) təşkil edəcək.
Bir məsələni vurğulamaq istəyirik ki, faiz hesablanması 1 il müddətində davam edir. Bizim misalda vergi ödəyicisi ödənişi həyata keçirmədiyi halda, 20 fevral 2020-ci il tarixdən faiz hesablanması dayanacaq. Həmçinin faiz hesablanması yalnız vergi borcuna hesablanır. Vergi ödəyicininin maliyyə sankiyasına və ya faiz borcuna faiz hesablanması qanunvericilikdə nəzərdə tutulmayıb.

 "Əmək qanunvericiliyi Toplusu və Şərhlər: 2020" və "Vergi qanunvericiliyi Toplusu və Şərhlər: 2020" kitabı artıq satışda

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

0 Komment

    Şərh yazın

    Xəbərlər