Hansı vergi ödəyiciləri üçün vergi öhdәliyinin yerinә yetirilmәsi müddәti uzadıla bilmәz?

Hansı vergi ödəyiciləri üçün vergi öhdәliyinin yerinә yetirilmәsi müddәti uzadıla bilmәz?

Satışı davam edən "Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2020" kitabından seçmə

85.8-ci maddәdә “qaldırılıbsa” sözündәn sonra “vә ya vergi ödәyicisi riskli vergi ödәyicisidirsә” sözlәri әlavә edilsin;

85.8. Vergi ödәyicisinә münasibәtdә vergi qanunvericiliyinin pozulması ilә bağlı cinayәt işi qaldırılıbsa vә ya vergi ödәyicisi riskli vergi ödәyicisidirsә, vergi öhdәliyinin yerinә yetirilmәsi müddәti uzadıla bilmәz.

Açıqlama: Vergi Mәcәllәsinin 85.9-cu maddәsinә әsasәn, vergi orqanı vergi ödәyicisinin vergi öhdәliyinin yerinә yetirilmәsi müddәtini uzatmaq sәlahiyyәtinә malikdir. Bu cür hallarda vergi öhdәliyinin yerinә yetirilmәsi müddәtinin uzadılması üçün vergi ödәyicisi yazılı şәkildә әsaslandırılmış vә onun tәrәfindәn vergi öhdәliyinin yerinә yetirilmәsi üçün müvafiq girovun vә ya zәmanәtin verildiyini özündә әks etdirәn müraciәtini vergi orqanına göndәrmәlidir. Müraciәt vergi növü (növlәri) üzrә onların müvafiq hesabat dövrü üçün qanunvericiliklә müәyyәn edilmiş ödәmә müddәtinәdәk tәqdim olunmalıdır. Vergi orqanı 30 gün müddәtindә bu müraciәtә baxır vә müvafiq әsaslar olduğu halda müddәtin uzadılması barәdә qәrar qәbul edir. Amma vergi öhdәliyinin uzadılması cinayәt işi açılan vergi ödәyicilәrinә vә riskli vergi ödәyicilәrinә şamil edilmir.

Misal. Riskli vergi ödәyicisinin 2020-ci ilin 3 rübü üzrә 30 000 manat vergi öhdәliyi yaranıb. Vergi ödәyicisi vergi orqanına müraciәt edir ki, hәmin öhdәliyin müddәti vergi borcu hissәlәrә bölünmәklә 1 il müddәtinә uzadılsın vә ödәnilmәyәn mәblәğlәrә faiz hesablanması, hәmçinin bank hesabına sәrәncam qoyulması vә s. nәzarәt tәdbirlәri hәyata keçirilmәsin. Bu halda vergi orqanı vergi öhdәliyinin uzadılması barәdә müraciәtdәn imtina edәcәk, çünki vergi ödәyicisi riskli vergi ödәyicisi hesab edilir.

 "Əmək qanunvericiliyi Toplusu və Şərhlər: 2020" və "Vergi qanunvericiliyi Toplusu və Şərhlər: 2020" kitabı 10 yanvar 2020-ci il  tarixindən satışda

 Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir. 

0 Komment

    Şərh yazın

    Xəbərlər