Altay Cəfərovun təqdimatında: Qismən ödəniş halında ƏDV-nin əvəzləşdirilməsi

Altay Cəfərovun təqdimatında: Qismən ödəniş halında ƏDV-nin əvəzləşdirilməsi

Vergi Məcəlləsinin 175.1.1-ci maddəsinin tələbinə görə, əvəzləşdirilən ƏDV-nin vaxtı hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt sayılır.

Sərbəst auditor Altay Cəfərov bildirib ki, Vergi Məcəlləsinə edilən əlavə və dəyişikliklər müəyyən məsələlərə dəqiqlik gətirir. Həmin məsələlərdən biri də ƏDV-nin hesablanması vaxtı ilə bağlıdır. Maddənin yeni redaksiyada qəbul edilməsi aşağıdakı məqamlara aydınlıq gətirib. 1 yanvar 2020-ci il tarixinə kimi ƏDV-nin əvəzləşdirilməsi e-VHF əsasən aparılırdı və əməliyyatın vaxtı 176-cı maddəyə əsaslanırdı. Həmin maddə e-VHF-in təqdim olunması ilə bağlı idi. 2020-ci ildən qüvvəyə minmiş Vergi Məcəlləsində 176-cı maddə ləğv edilib və artıq e-VHF yoxdur. Belə olan halda, əvəzləşməyə əsas kimi elektron qaimə-fakturalar götürülməlidir.

175.1.1-ci maddəyə edilmiş dəyişikliyə əsasən, hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt əvəzləşdirilir.

Misal: Tutaq ki, fərdi sahibkar 7 yanvar 2020-ci ildə ƏDV ödəyicisi olan müəssisədən, ƏDV də daxil olmaqla, dəyəri 118 min manat olan avadanlıq alıb. Satıcı alıcıya malın tam dəyərinə uyğun elektron qaimə-faktura təqdim edib. Alıcı tərəfindən 5 fevral 2020-ci il tarixdə alınmış malın əsas dəyərinin 50 min manatı satıcının bank hesabına, 9 min manat ƏDV məbləği isə ƏDV-nin depozit hesabına ödənilib. Bu halda alıcı tərəfindən malın ƏDV daxil olmaqla tam dəyərinin satıcıya ödənilmədiyini nəzərə alsaq, 5 fevral 2020-ci il tarixdə ödənilmiş ƏDV məbləği əvəzləşdirilə bilərmi?

Vergi Məcəlləsində 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minmiş dəyişikliyə əsasən, ƏDV-nin əvəzləşdirilməsi vaxtı hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxtdır.

Qeyd olunanlara əsasən, sorğuda göstərilən halda, fərdi sahibkar tərəfindən alınmış malların dəyərinin bir hissəsinin və ona mütənasib ödənilmiş ƏDV məbləği Vergi Məcəlləsində ƏDV-nin əvəzləşdirilməsi üçün müəyyən edilmiş şərtlər daxilində, yəni malların alışı zamanı ödənilmiş əməliyyatın dəyəri satıcının bank hesabına, ƏDV məbləği isə ƏDV-nin depozit hesabına ödənildiyindən, 5 fevral 2020-ci il tarixində ödənilmiş ƏDV məbləği fevral ayının ƏDV bəyannaməsində əks etdirilməklə əvəzləşdirilir.

Fərqanə ALLAHVERDİQIZI

Vergiler.az

 "Əmək qanunvericiliyi Toplusu və Şərhlər: 2020" və "Vergi qanunvericiliyi Toplusu və Şərhlər: 2020" kitabı 10 yanvar 2020-ci il tarixindən satışda

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

 
 
 

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər