“Malların qaytarılması qaiməsi” adlı elektron qaimə-fakturanın doldurulmasının misallarla izahı

“Malların qaytarılması qaiməsi” adlı elektron qaimə-fakturanın doldurulmasının misallarla izahı

Xəbər verdiyimiz kimi, Vergilər Nazirliyi proqram təminatında səkkiz növdə elektron qaimə-fakturanin hazırlayaq vergi ödəyicilərin istifadəsinə verib. Bu yazımızda “Malların qaytarılması qaiməsi” adlı elektron qaimə-faktura haqqında məlumat verəciyik.

Proqram təminatında “Malların qaytarılması qaiməsi” adlı bölmədə  üç növdə malların qaytarılması barədə elektron qaimə-faktura tərtib etmək mümkündür

1) Malların təqdim edilməsi qaiməsinin qaytarılması

Açıqlama: Bu cür elektron qaimə-fakturadan o zaman istifadə edilir ki, malların verilməsi zamanı “Malların, işlərin və xidmətlərin təqdim edilməsi qaiməsi” adlı elektron qaimə faktura tərtib olunsun.

Misal: “A” MMC dəyəri 10 manatdan olmaqla 100 ədəd bloknotu digər vergi ödəyicisinə təqdim edib.  Vergi ödəyicisi həmin malların qaytarmaq istədikdə müvafiq növü seçərək malların tam və ya qismən qaytarılmasını da qeyd etməlidir.  Bu zaman əvvəlki elektron qaimə-fakturanin məlumatların avtomatik qeyd edilir və vergi ödəyicisi qaytarmaq istədiyi bloknotların sayını qeyd edir. Təbii ki, vergi ödəyicisi qaytarılan malların sayını qeyd edir, çünki malın adı, və qiyməti malların alınması zamanı təqdim edilən elektron qaimə-fakturadan avtomatik qeyd edilir. Bundan əlavə, vergi ödəyicisi qaytarılan malların yararlı və ya yararsız olmasını da qeyd etməlidir.

2) Alıcının malları agentə(komisyonçuya) qaytarılması

 Açıqlama:  1 yanvar 2020-ci il tarixdən elektron qaimə -fakturanın 9 növdə çeşidlənməsi nəticəsinsə  agent (komisyonçu) tərəfindən malların alıcısına təqdim edilməsi zamanı həmin vergi ödəyicisinin müvafiq elektron qaimə-faktura təqdim etmək hüququ yaranıb.  O səbəbdən bu tip əməliyyatlar üzrə malların geri qaytarılması zamanı fərqli elektron-qaimə fakturadan istifadə edilməlidir.

Misal.  “A” MMC 100 ədəd sementi komitent olan “B” MMC-dən elektron qaimə-faktura əsasında təhvil alıb.  “A” MMC malların satışın həyata keçirən zaman “C” MMC-ə 50 ədəd sement satir. “C” MMC həmin sementin 20 ədədini geri qaytardığı zamanı “Malların qaytarılması qaiməsi”nin  “Malların təqdim edilməsi qaiməsini qaytarılması” yox, “Alıcının malları agentə(komisyonçuya) qaytarılması” növündə hazırlanan elektron qaimə-faktura  tərtib etməlidir.

 3) Agent (komisyonçu) tərəfindən malların komitentə qaytarılması

Açıqlama: Vergi Məcəlləsinə əlavə edilən 71-1.5-ci maddəsinə əsasən,  vergi ödəyicisi tərəfindən aparılan əməliyyatlar zamanı əməliyyatın xarakterindən asılı olaraq doqquz növdə elektron qaimə-faktura verilir. Öncəki yazımızda qeyd etmişdik ki, Vergilər Nazirliyi proqram təminatında 8 növ elektron qaimə-faktura növü hazırlayıb. Vergi Məcəlləsində “malların qaytarılması” və “agent (komisyonçu) tərəfindən malların vəkalət verənə (komitentə) qaytarılması” barədə elektron qaimə fakturalar maddədə ayrıca olaraq qeyd edilib. Amma proqram təminatında “agent (komisyonçu) tərəfindən malların vəkalət verənə (komitentə) qaytarılması” barədə elektron qaimə faktura da "Malların geri qaytarılması" bölməsində qeyd edilib.

Misal. A” MMC 1000 ədəd kəsmiyi  komitent olan “B” MMC-dən elektron qaimə-faktura əsasında təhvil alıb.  Vergi ödəyicisi  yararlıq müddətinin bitməsi ilə əlaqədar 30 ədəd kəsmiyi “B” MMC-yə qaytardığı zaman “Malların qaytarılması qaiməsi” adlı elektron qaimə-fakturanın “agent (komisyonçu) tərəfindən malların komitentə qaytarılması” növündən istifadə etməlidir.

Qeyd edək ki, emal prosesi keçmiş malların qaytarılması zamanı fərqli elektron qaimə-fakturadan istifadə olunmalıdır.  

"Əmək qanunvericiliyi Toplusu və Şərhlər: 2020" və "Vergi qanunvericiliyi Toplusu və Şərhlər: 2020" kitabı 10 yanvar 2020-ci il tarixindən satışda

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər