Vergi Məcəlləsində "yalan əqd" niyə "əmtəəsiz əməliyyat" adlandırıldı?

Vergi Məcəlləsində "yalan əqd" niyə "əmtəəsiz əməliyyat" adlandırıldı?

Satışı davam edən "Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2020" kitabından seçmə

13.2.80-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 13.2.81 – 13.2.83-cü maddələr əlavə edilsin:
“13.2.81. əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar;

Açıqlama: 1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsinə dəyişiklikləri nəzərdə tutuan qanun layihəsində əvvəlcə eyni məqsəd üçün “əmtəəsiz əməliyyat” məfhumundan deyil, “yalan əqd” anlayışından istifadə olunmuşdu. Hətta Milli Məclisə göndərilən layihədə də “yalan əqd” yazılmışdı. Layihənin ilkin variantında müvafiq maddə aşağıdakı redaksiyada verilmişdi:
“13.2.81. yalan əqd - vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əqdi pərdələmək məqsədilə bağlanan, habelə faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə əməliyyatların rəsmiləşdirildiyi əqddir.”
Mülki Məcəllənin 340-cü maddəsininin ikinci bəndində də “yalan əqd” məfhumundan istifadə edilir:
“340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.”
Yuxarıda təqdim olunan maddələrdən də göründüyü kimi Vergi Məcəlləsinə dəyişiklikləri nəzərdə tutan qanun layihəsinin ilkin variantında və Mülki Məcəllədə “yalan əqd” anlayışının məzmun və təyinatında fərqlər var. Elə buna görə də eyni anlayışın iki fərqli məqsədlə istifadəsinin vergi ödəyicilərində çaşqınlıq yaratmasını önləmək üçün Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi qanunda “yalan əqd” deyil, “əmtəəsiz əməliyyat” məfhumu yer alıb.

“Əmtəəsiz əməliyyatlar” anlayışını sadə şəkildə belə izah etmək olar ki, belə əməliyyatlar zamanı faktiki heç bir mal, iş, xidmət təqdim olunmur, hər şey kağız üzərində mövcud olur, ancaq haqsız yerə, qanunsuz olaraq mənfəət əldə olunur.

 "Əmək qanunvericiliyi Toplusu və Şərhlər: 2020" və "Vergi qanunvericiliyi Toplusu və Şərhlər: 2020" kitabı satışda

 Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir. 

 
 
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər