Elmir RAMAZANOV, Bəyannamələr və kameral vergi yoxlamalarına nəzarət Baş İdarəsinin rəis müavini

Aparılan dəyişikliklər ƏDV ödəyiciləri tərəfindən ƏDV tutulan əməliyyatın vaxtının müəyyən edilməsində inzibatçılığı əhəmiyyətli dərəcədə yüngülləşdirməklə yanaşı, vergi ödəyicisinin maliyyə vəsaitinə qənaət etməsinə gətirib çıxarır. Qeyd etmək lazımdır ki, dəyişikliyin qüvvəyə minməsindən öncəki dövrdə ƏDV tutulmalı olan əməliyyatın tarixi elektron VHF-sının təqdim edildiyi və yaxud bilavasitə malın (işin, xidmətin) təqdim edildiyi vaxt qəbul edilirdisə, dəyişiklik qüvvəyə mindikdən sonra bu tarixin müəyyən edilməsi təqdim edilmiş malın (işin, xidmətin) dəyərinin nağd və ya nağdsız qaydada vergi ödəyicisinə ödənilməsi ilə şərtləndirilir.

Vergi Məcəlləsində edilmiş müvafiq dəyişikliklərlə bağlı ƏDV bəyannaməsində bir sıra dəyişikliklər edilmişdir.