Vergi Məcəlləsinin 177.5-ci maddəsinə əsasən tərtib olunan EQF-nin misalla izahı

Vergi Məcəlləsinin 177.5-ci maddəsinə əsasən tərtib olunan EQF-nin misalla izahı

Satışı davam edən "Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2020" kitabından seçmə

...

9) Vergi Məcəlləsinin 177.5-ci maddəsinə əsasən
Vergi Məcəlləsinin 157.3.3-cü maddəsinə əsasən, 3 il müddətindən çox olmamaqla, vergi ödəyicisi qeydiyyat haqqındakı ərizəsində göstərilən tarixdə ƏDV qeydiyyatına alına bilər. Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər istisna olmaqla sadələşdirilmiş, gəlir vəya mənfəət vergisi ödəyicisi olan, amma ƏDV ödəyicisi kimi fəaliyyət göstərməyən vergi ödəyiciləri 3 il müddətindən çox olmamaqla əvvəlki tarixə ƏDV ödəyici ola bilərlər.

Əvvəlki dövrə ƏDV ödəyicisi olan vergi ödəyiciləri Vergi Məcəlləsinin 177.5-ci maddəsinə uyğun olaraq, qeydiyyatın qüvvəyə mindiyi tarixdən etibarən vergiyə cəlb edilən əməliyyatlar üzrə ƏDV ödəməlidir və vergi ödəyiciləri üçün müəyyən edilmiş qaydada vergi məbləğlərini əvəzləşdirmək hüququna malikdir. Artıq bu zaman qeyd olunan elektron qaimə-fakturanın təqdim olunması lazımdır.

Misal. “A” MMC 16 yanvar 2020-ci il tarixdə vergi orqanına müraciət edərək 1 yanvar 2019-cu il tarixdən ƏDV qeydiyyatına alınmasını xahiş edib. Vergi orqanı tərəfindən vergi ödəyicisinin müraciəti müsbət cavablandırdıqdan sonra, vergi ödəyicisi təqdim olunan mallar üzrə Vergi Məcəllənin 177.5-ci maddəsinə əsasən elektron qaimə-faktura hazırlamalıdır.

 "Əmək qanunvericiliyi Toplusu və Şərhlər: 2020" və "Vergi qanunvericiliyi Toplusu və Şərhlər: 2020" kitabı satışda

 Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir. 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər