YENİ ƏDV Bəyannaməsində debitor borcların uçotu niyə fərqli aparılmalıdır? (2-ci yazı)

YENİ ƏDV Bəyannaməsində debitor borcların uçotu niyə fərqli aparılmalıdır? (2-ci yazı)

Azərbaycan Respublikası Vergilər Nazirinin 10.01.2020-ci il tarixli 1917040101750800 №-li Əmri ilə  “Əlavə Dəyər Vergisinin bəyannaməsi”nin tərtib edilməsi qaydası təsdiq edilib. Silsilə yazılarımızda yeni hesabat formasının doldurulma qaydasını qeyd etməklə, həm də ekspert qrupumuzun şərhlərini də bildirəciyik.

Misal  2020-ci ilin aprel ayı üzrə həmin “A” müəssisəsinin mart ayında 18% dərəcə ilə ƏDV-nə cəlb edilən əməliyyatlara görə yaranmış olan debitor borcunun 10 000,0 manatı (ƏDV-siz) daxil olmuş, ƏDV-yə sıfır (0) dərəcə ilə cəlb edilən əməliyyatlarına görə olan debitor borcları tam qaydada, ƏDV-dən azad olunan əməliyyatlarının 10 000,0 manatı daxil olmuşdur.

Eyni zamanda müəssisənin aprel ayı üzrə təqdim etdiyi və ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan malların (iş, xidmətlər) dəyəri 70 000,0 manat məbləğ (ƏDV-siz), həmin əməliyyatlara görə daxil olan məbləğ 50 000,0 manat (ƏDV-siz) olmuşdur.

Cari ay ərzində təqdim edilmiş malların (iş, xidmətlər) dəyəri 70 000,0 manat məbləğ (ƏDV-siz) 301.1 kodlu “Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi üzrə əməliyyatlarsətrinin “Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan)” sütununda, həmin əməliyyatlara görə daxil olan 50 000,0 manat və həmin ay üzrə vəsaiti daxil olmuş 10 000,0 manat debitor borc məbləği (ƏDV-siz);

ƏDV bəyanaməsinin “Debitor borclar” sətrinin “Hesabat dövrünün əvvəlinə debitor borc məbləği” sütununda qeyd edilən məbləğlər əvvəlki hesabat dövrü üzrə (mart ayı) üzrə təqdim edilmiş ƏDV bəyannaməsinin müvafiq sətrinin “Hesabat dövrünün sonuna debitor borc məbləği” sütununda qeyd edilmiş məbləğlərə bərabər olmalı;

Hesabat dövrü (ay) üzrə yaranan debitor borc məbləği” sütununda cari ay ərzində yeni yaranmış olan 20 000,0 manat debitor borc 307.1 kodlu sətrdə qeyd edilir;

 “Hesabat dövrü (ay) ərzində silinən debitor borc məbləği” sütununda cari ay ərzində silinmiş olan 25 000,0 manat debitor borcların hər biri müvafiq sətrlər üzrə qeyd edilir;

Hesabat dövrünün sonuna debitor borc məbləği” sütununda isə vergi ödəyicisinin həmin dövrə qədər debitor borcların CƏMİ qeyd edilir;

Göstərilən əməliyyatlar bəyannamədə aşağıdakı qaydada əks etdirilir:

Açıqlama: Misaldan göründüyü kimi, vergi ödəyicisinin ay ərzində ƏDV əməliyyatları üzrə dövriyyəsi 70 000 manat olmasına baxmayaraq, həmin əməliyyata görə cəmi 50 000 manat daxil olub. Bundan əlavə də, əvvəlki aylar üzrə debitor borcu üzrə 10 000 manat daxil olub. Bu səbəbdən hesablanan ƏDV məbləği üzrə dövriyyyəyə 60 000 (70 000 - 50 000 +10 000) manat qeyd ediləcək və dövlət büdcəsinə bəyan ediləcək ƏDV məbləği də 10 800 (60 000 manat x 18 faiz) manat olacaq. 

Debitor borclarına gəlincə isə, hesabat dövrü (ay) üzrə yaranan debitor borc məbləği 20 000 (70 000 -50 000) manat olacaq. Ay ərzində daxil olan debitor borclarının 10 000 manat və dövrün əvvəlinə qalığın 30 000 manat olduğunu nəzərə alsaq, dövrün sonuna qalıq 40 000 (30 000 (dövrün əvvəlinə) + 20 000 (dövr ərzində yaranan) - 10 000 (dövr ərzində daxil olan) manat olacaq.

ƏDV-yə sıfır (0) dərəcə ilə cəlb edilən və ƏDV-dən azad olunan əməliyyatları üzrə məbləğlər müvafiq olaraq ayrıca qrafalarda qeyd edilir. Bu o anlama gəlir ki, vergi ödəyicisi,  ƏDV cəlb edilən, ƏDV-yə sıfır (0) dərəcə ilə cəlb edilən və ƏDV-dən azad olunan əməliyyatları üzrə debitor borcların ayrıca uçotunu aparmağa borcludur.

"Əmək qanunvericiliyi Toplusu və Şərhlər: 2020" və "Vergi qanunvericiliyi Toplusu və Şərhlər: 2020" kitabı 10 yanvar 2020-ci il  tarixindən satışda

 Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir. 

 

 

 

 

 

0 Komment

    Şərh yazın

    Xəbərlər