Çərşənbə, 15 Yanvar 2020 10:21

Vergi ödəyicisi hansı halda 2 pozuntu etdiyi zaman bir maliyyə sanksiyası tətbiq olunacaq?

"Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2020" kitabında seçmə

53.6-cı maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Vergi ödəyicisi tərəfindən eyni əməliyyat üzrə bu Məcəllənin 58.7-ci maddəsində nəzərdə tutulan hesablaşma qaydalarının pozulması hallarına eyni vaxtda yol verildikdə, həmin qanun pozuntularına bir pozuntu halı kimi baxılır və maliyyə sanksiyası bir dəfə tətbiq edilir.”;

Açıqlama: Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, topdansatış fəaliyyəti istisna olmaqla nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə:
- təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat məbləğində;
- təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3.000 manat məbləğində;
- təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
Vergi Məcəlləsinə olunan əlavənini mahiyyəti odur ki, yuxarıda qeyd edilən, Vergi Məcəlləsinin 58.7-ci maddəsində nəzərdə tutulan hesablaşma qaydalarının pozulması hallarına eyni vaxtda yol verildikdə, həmin qanun pozuntularına bir pozuntu halı kimi baxılır və maliyyə sanksiyası bir dəfə tətbiq edilir.

Misal. Operavi vergi nəzarəti tədbirləri nəticəsində məlum olur ki, pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi həm POS-terminaldan istifadə etmir, həm də nağd ödəniş zamanı nəzarət-kassa aparatının çekini təqdim etmir. Bu zaman hər iki qanun pozuntusu 58.7-ci maddəsi ilə tənzimlədiyi üçün vergi ödəyicisinin iki qanun pozuntusuna bir pozuntu halı kimi baxılır və maliyyə sanksiyası bir dəfə tətbiq edilir.

 "Əmək qanunvericiliyi Toplusu və Şərhlər: 2020" və "Vergi qanunvericiliyi Toplusu və Şərhlər: 2020" kitabı 10 yanvar 2020-ci il  tarixindən satışda

 Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir. 

 
 
 

 

Şərh yazın