Cümə, 29 Noyabr 2019 10:13

İdxal zamanı ƏDV-nin əvəzləşdirilməsi üçün hansı halda elektron vergi hesab-faktura tələb olunur?

Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin Vergi qanunvericiliyi idarəsinin rəisi Əvəz Quliyev gömrük əməliyyatları zamanı ödənilən əlavə dəyər vergisinin əvəzləşdirilməsinə aydınlıq gətirib: “Gömrük rəsmiləşdirilməsi zamanı malların idxalının tərkibini təşkil etməyən xidmətlər üzrə əlavə dəyər vergisinin rəsmiləşdirilməsi yalnız elektron qaimə-faktura və vergi hesab faktura ilə həyata keçirilir. Malların tərəzi ilə çəkilməsi, daşınması və s. əməliyyatlar üzrə xidmət göstərən müvafiq təşkilatlar elektron qaimə-faktura və vergi hesab-faktura verməlidir. İdxalla bağlı Gömrük Komitəsinə vasitəsiylə ödənişlər üçün isə ƏDV-nin ödənilməsi digər sənədlər əsasında həyata keçirilir.”

Qeyd edək ki, bu fikirlər  Mks.az saytının təşkilatçılığı 23 noyabr 2019-cu il tarixdə keçirilən "2020-ci ilin Vergi Məcəlləsini birlikdə öyrənək" adlı ödənişsiz seminarda səsləndirilib.

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir. 

 

Şərh yazın