Banklar vergi ödəyicisinə sərəncam qoyulması zamanı hansı səhvləri edirlər? (21-ci yazı)

Banklar vergi ödəyicisinə sərəncam qoyulması zamanı hansı səhvləri edirlər? (21-ci yazı)

Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin Vergi qanunvericiliyi idarəsinin rəisi Əvəz Quliyev vergi ödəyicisinin ödənişinin şəxsi vərəqəyə gec işlənməsi səbəbindən bank hesablarına qoyulan sərəncamlar və ərazi vergi orqanları tərəfindən borcların alınması prosesində çatışmazlıqlar haqqında suala da aydınlıq gətirib: “Vergilər Nazirliyi borcların strukturunun təkmilləşdirilməsi, sərəncamların göndərilməsi və şəxsi vərəqə üzrə sərəncamların geri cəkilməsinin avtomatlaşdırılmasını həyata keçirir. Sadəcə, sərəncamın geri çəkilməsi şəxsi hesab vərəqəsində borcun sıfırlanmasına uyğun alqoritm vasitəsi ilə həyata keçirilir. Vergi əməkdaşının ödəniş sənədi vergi orqanına çatdıqdan sonra şəxsi vərəqəyə işlənməsi təmin edilir. Bir məsələni qeyd edim ki, banklar da ödəniş sənədi daxil olan zaman sərəncamın icrasını dayandırmalıdırlar. Vergilər Nazirliyi prosesin bu cür həyata keçirilməsini banklara göndərilən rəsmi izahatlarında da bildirib. Qeyd edilən problem bizə məlum olsa da, seminarda qeyd edilən bu məsələni yaxşı təklif kimi qiymətləndirirəm. Növbəti il ərzində inzibatçılıq paketi hazırlanacaq ki, borcların alınması prosesi yüngülləşdirilsin, o paketdə qeyd edilən məsələyə mütləq baxılacaq.”

Qeyd edək ki, bu fikirlər  Mks.az saytının təşkilatçılığı 23 noyabr 2019-cu il tarixdə keçirilən "2020-ci ilin Vergi Məcəlləsini birlikdə öyrənək" adlı ödənişsiz seminarda səsləndirilib.

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

 
 

0 Komment

    Şərh yazın

    Xəbərlər