Cümə, 29 Noyabr 2019 05:52

Əvəz Quliyev: “Vergi ödəyicisi qarşı tərəfin riskli vergi ödəyici olmasını vergi orqanından daha yaxşı bilir” (20-ci yazı)

Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin Vergi qanunvericiliyi idarəsinin rəisi Əvəz Quliyev gələcəkdə riskli vergi ödəyici olacaq şəxslərlə öncədən aparılan əməliyyatlara aydınlıq gətirib: “Qarşı tərəfin riskli vergi ödəyicisi olub-olmamasını əksər vergi ödəyiciləri öncədən bilirlər. Əgər vergi ödəyicisi hesab edirsə ki, riskli vergi ödəyicisi ilə aparılan əməliyyatlar qaydalara uyğun həyata keçirilib, o zaman sənədlərlə vergi orqanına müraciət edilir. İnzibati Şikayətlərin Araşdırılması Baş İdarəsi tərəfindən şikayətlərə mərkəzləşdirilmiş qaydada baxılaraq obyektiv qərarlar qəbul edilir.

Yəni, belə bir hal ola bilməz ki, vergi orqanı müstəqil surətdə riskli vergi ödəyicisi ilə aparılan əməliyyat üzrə əvəzləşdirilməni ləğv etsin. Hazırda riskli vergi ödəyicisi ilə bağlı məlumatın əks olunması məlumatlandırma xarakteri daşıyır və əməliyyatın aparılmasına hər hansı məhdudiyyət nəzərdə tutulmayıb. Vergi ödəyicisi rahat şəkildə riskli vergi ödəyicisi hesab edilən şəxsə ödənişləri həyata keçirə bilir. Riskli vergi ödəyicisi ilə əməliyyatın aparılması inzibati məsuliyyətlə yanaşı, cinayət məsuliyyəti də doğurur.  Bu əməliyyatların əksəriyyəti ƏDV depozit hesabı üzərindən aparılan fırıldaqçılıqdır.
Bu proseslərdə rast gəlinən bir məsələ haqqında məlumat vermək istərdim. Vergi ödəyicisi qeydiyyata alındıqda müəyyən etmək olmur ki, həmin şəxs gələcəkdə riskli vergi ödəyicisi olacaq, ya yox. Bu halda mümkündür ki, qarşı tərəf yeni yaradılan vergi ödəyicisi ilə əməliyyat apardıqda onun riskli vergi ödəyicisi olması haqqında məlumatlandırma aparılmasın. Bəzən vergi ödəyiciləri bildirirlər ki, vergi orqanı onlara qarşı tərəfin riskli vergi ödəyicisi olması haqqında hər hansı məlumat vermədiyindən xəbərləri olmayıb. Məntiqlə düşünsək, vergi orqanı necə bilər ki, hər hansı bir əməliyyat aparmayın vergi ödəyicisi riskli vergi ödəyicisidir. O səbəbdən də, bir daha xatırladıram ki, əksər sahibkarlar qarşı tərəfin riskli vergi ödəyicisi olmasını vergi orqanından daha tez bilirlər. Əgər hər hansı sahibkar apardığı əməliyyatın riskli olmadığına əmindirsə, o zaman vergi orqanın müvafiq qurumuna şikayət edə bilər. Bir məsələni də qeyd edim ki, bəzən vergi ödəyiciləri könüllü sürətdə vergi orqanına müraciət edirlər ki, apardığı əməliyyat riskli olduğu üçün ƏDV əvəzləşdirilməsindən imtina etmək istəyir. Çünki vergi ödəyicisi bu cür riskli əməliyyatların gələcəkdə onun fəaliyyətinə təsirini anlayır.”

Qeyd edək ki, bu fikirlər  Mks.az saytının təşkilatçılığı 23 noyabr 2019-cu il tarixdə keçirilən "2020-ci ilin Vergi Məcəlləsini birlikdə öyrənək" adlı ödənişsiz seminarda səsləndirilib.

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir. 

 
 
 

Şərh yazın