Cümə axşamı, 28 Noyabr 2019 13:15

İpoteka krediti vasitəsiylə alınan evlərin satışına vergi güzəşti nəzərdə tutulub? (19-cu yazı)

Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin Vergi qanunvericiliyi idarəsinin rəisi Əvəz Quliyev ipoteka kredit vasitəsiylə alınan evlərin satışı zamanı ödəmə mənbəyində verginin tutulmasına da aydınlıq gətirib: “Vergi Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, fiziki şəxslər tərəfindən azı 5 yox, 3 təqvim ili ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi vergitutma obyekti hesab ediləcək. Bu hal ipoteka kredit zamanı alınan evlərə də şamil olunur.

Dəyişikliklər təsdiq olunduqdan sonra, 1 yanvar 2020-ci il tarixdən etibarən fiziki şəxs ipoteka ilə alınan evdə 3 ildən artıq qeydiyyatdırsa, o zaman satış zamanı hər hansı vergi tutulmayacaq. Amma qeydiyyat müddəti 3 ildən az olarsa, o zaman xüsusi mülkiyyətində olan yaşayış sahəsinin 30 kvadratmetrik sahəsi vergidən azad ediləcək. Yəni, 30 kvadratmetrlik sahə üçün azadolma qeydiyyatın olub-olmamasından asılı deyil, bütün yaşayış sahəsinə aiddir. ”

Qeyd edək ki, bu fikirlər Mks.az saytının təşkilatçılığı 23 noyabr 2019-cu il tarixdə keçirilən "2020-ci ilin Vergi Məcəlləsini birlikdə öyrənək" adlı ödənişsiz seminarda səsləndirilib.

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir. 

 
 
 

Şərh yazın