Cümə axşamı, 28 Noyabr 2019 12:08

“ƏDV üzrə Kassa metoduna keçid zamanı bəzi sahibkarın sui-istifadə halları az da olsa gözləniləndir” (18-ci yazı)

Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin Vergi qanunvericiliyi idarəsinin rəisi Əvəz Quliyev ƏDV tutulan əməliyyatın kassa metoduna keçildiyi halda əsas məbləğ üzrə ödənişlərin gec həyata kecirilməsi riski ilə bağlı suala da aydınlıq gətirib: “Vergilər Naziliyində hesablamalar aparılıb ki, ƏDV üzrə kassa metoduna keçid səbəbindən büdcəyə daxilolmalarda müəyyən azalmaların olması gözləniləndir. Təbii ki, büdcəyə daxilolmalarda fasiləsizlik kəsilməyəcək. Vergi orqanın tərəfindən təsdiq olunan formaya uyğun olaraq məlumatların bank hesabları üzrə alınması prosesi bir element kimi çıxış edəcək. Sözsüz ki, bəzən iki vergi ödəyici arasında razılaşmalar ola bilər ki, əsas məbləğ üzrə ödənişlərin bir və ya iki aya kimi uzadılması prosesi həyata keçirilsin. Amma bu cür əməliyyatların az olmasını ehtimal edirik. Bank hesabları üzərindən və həmçinin vergi orqanın digər mənbələrindən alacağı məlumatlar əsasında büdcənin fasiləsizliyi təmin olunacaq.”

Qeyd edək ki, bu fikirlər  Mks.az saytının təşkilatçılığı 23 noyabr 2019-cu il tarixdə keçirilən "2020-ci ilin Vergi Məcəlləsini birlikdə öyrənək" adlı ödənişsiz seminarda səsləndirilib.

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir. 

Şərh yazın