Əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi dedikdə, hansı hallar nəzərdə tutulur? (16-ci yazı)

Əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi dedikdə, hansı hallar nəzərdə tutulur? (16-ci yazı)

Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin Vergi qanunvericiliyi idarəsinin rəisi Əvəz Quliyev elektron qaimə-fakturanın əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi halında göndərilməsi ilə bağlı suala cavab olaraq, bu prosesi izah edib: “İki vergi ödəyicisi arasında müqavilə mzalanıb və razılaşmaya əsasən müəyyən müddət və miqdarda mallar təqdim olunacaq.

Müqaviləyə uyğun olaraq malları təqdim etdikdə elektron qaimə-faktura da həmin müddətdə təqdim edilməlidir. Digər variant odur ki,  vergi ödəyicisi malları ekspeditor vasitəsiylə göndərir və qarşı tərəflərin nə qədər mal alması haqqında informasiyaya malik olmur. Bu cür hallar əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi anlamına gəlir. Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi halında  malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 gün müddətində elektron qaimə-faktura göndərilməlidir. Əvvəllcədən sifariş edilməyən mallarn qəbulu isə “Malların təhvil-qəbul aktı” rəsmiləşdirilir.”

Qeyd edək ki, bu fikirlər  Mks.az saytının təşkilatçılığı 23 nobr 2019-cu il tarixdə keçirilən "2020-ci ilin Vergi Məcəlləsini birlikdə öyrənək" adlı ödənişsiz seminarda səsləndirilib.

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir. 

 
 
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər