1 yanvar 2020-ci il tarixdən ƏDV-dən başqa hansı bəyannamələrdə dəyişikliklər olacaq? (11-ci yazı)

1 yanvar 2020-ci il tarixdən ƏDV-dən başqa hansı bəyannamələrdə dəyişikliklər olacaq? (11-ci yazı)

Vergilər Nazirliyinin Bəyannamələrin və kameral vergi yoxlamalarına nəzarət Baş idarəsinin Bəyannamələrin təhlili şöbəsinin rəisi Elmir Ramazanov  bildirib ki, mənfəət, gəlir və aksiz bəyannamələri üzrə dəyişikliklər gözlənilir: “Bunlar hər il Vergi Məcəlləsinə olan dəyişikliklərin nəzərə alınması ilə bağlıdır. Yəni, vergitutma obyekti, bazası, dərəcəsi və vergitutmanın vaxtı ilə bağlı dəyişikliklər vergi bəyannaməsinin müvafiq sətirlərinə təsir edir. Dəyişikliklər nəticəsində bəyannaməyə hər hansı sətirin əlavə olunması və ya ixtisar olunması prosesi aparılır.

Gəlir vergisi bəyannaməsinin ümumi gəlirlər və xərclər bölməsində əməliyyatlar qeyd olunur ki, vergi məbləğinə diqqət yetiriləndə məlum olmur ki, həmin məbləğ 20, yoxsa 14 faizlə vergiyə cəlb olunub. Gəlir vergisinin mənfəətdən fərqi odur ki, həmin bəyannamədə tək sahibkarlıq yox, həm də qeyri-sahibkarlıq fəaliyyəti üzrə əməliyyatlar öz əksini tapır. Sahibkarlır və qeyri-sahibkarlıq fəaliyyət üzrə müvafiq olaraq 20 və 14 faiz dərəcə ilə vergi tətbiq edildiyindən alınan ümumi vergidə hər ikisinin payı mövcud olur. Nəticə etibari ilə gəlir vergisi bəyannaməsində bir yox, iki sütunun olması nəzərdə tutulur. Bir sütunda sahibkarlıq, digər sütunda qeyri-sahibkarlıq fəaliyyəti üzrə gəlirlər öz əksini tapacaq. Eyni yanaşma xərclər bölməsində də tətbiq ediləcək, yəni sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyəti üzrə xərclər təsnifləşdiriləcək.”

Qeyd edək ki, bu fikirlər Mks.az saytının təşkilatçılığı 23 noyabr 2019-cu il tarixdə keçirilən  "2020-ci ilin Vergi Məcəlləsini birlikdə öyrənək" adlı ödənişsiz seminarda səsləndirilib.

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir. 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər