Cümə, 15 Noyabr 2019 08:16

İşəgötürən aktı tərtib etdikdə hansı məqamlara diqqət yetirməlidir?

Qalib Toğrulun müəllifi olduğu, hazırda satışı davam edən “A-dan Z-yə Kargüzarlıq” kitabından növbəti seçmə

Aktı bir yox, bir neçә adam tәrtib edir. Bu aktın tәbiәti vә tәyinatı ilә bağlı mәsәlәdir. Әgәr baş verәnlәr (fakt, hadisә, fәaliyyәt) şahidlәrin iştirakı ilә rәsmilәşdirilmәsә, sonradan aktda yazılanların doğrudan da baş verdiyini sübut etmәk mümkün deyil.

Bundan başqa, aktın әsasında vacib qәrarlar qәbul olunur ki, bu qәrarlar sabah mәhkәmәdә mübahisәlәndirilә bilәr. Xüsusilә, әgәr bu, işçilәrin hüquqları ilә bağlıdırsa, mәsәlә bir az da ciddilәşir. Әgәr tәrtib olunmuş akt qanunvericiliyin tәlәblәrinә cavab vermәsә, mәhkәmә vә ya tәhqiqat orqanı onu qәbul etmәyәcәk. Vә yarımçıq, düzgün tәrtib olunmamış aktla rәsmilәşdirilәn hadisә baş vermәmiş sayılacaq. Bәzәn aktı, xüsusilә hansısa mәsәlәdәn ötrü yaradılmış komissiya tәrtib edir, komissiya isә rәhbәrin әmri ilә yaradılır. Bu prosedur material qiymәtlilәrinin, işlәrin, sәnәdlәrin tәhvil-tәslimi, tәftiş, inventarizasiya, qәzanın, istehsalatda baş vermiş bәdbәxt hadisәnin araşdırılması zamanı keçәrlidir. Digәr aktlar sadә şәkildә tәrtib olunur ki, burda әsas mәsәlә hadisәnin aktda düzgün ifadә edilmәsidir. Adәtәn, әn çox yayılmış vәzifә sәhlәnkarlıqları aşağıdakılardır:

- Әmәk müqavilәsindә, vәzifә tәlimatlarında nәzәrdә tutulmuş öhdәliklәrin vaxtında icra olunmaması vә ya keyfiyyәtsiz yerinә yetirilmәsi;

- Rәhbәrliyin әmrlәrinin, göstәrişlәrinin, tapşırıqlarının vaxtında icra olunmaması vә ya keyfiyyәtsiz yerinә yetirilmәsi;

- İşdәn yayınma;

- İş yerindә işçkili vә ya anlaqsız vәziyyәtdә olma vә sair.

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

 

Şərh yazın