Çərşənbə, 06 Noyabr 2019 06:56

Nicat İmanov 1 yanvar 2020-ci ildən sonrakı 166-ci maddədən danışdı

Vergilər Nazirliyi ilə ATV kanalinın birgə layihəsi olan “İqtisadi zona” proqramının 3 noyabr 2019-cu il tarixli buraxılışında böyük dövlət vergi müfəttişi Gunel Bəhramqızının qonağı Vergilər Nazirliyinin Vergi siyasəti Baş İdarəsinin rəis müavini Nicat İmanov olub. Verilişdə Nicat İmanov 1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsinə edilməsi təklif olunan dəyişikliklər haqqında maraqlı açıqlamalar verib.

Vergi siyasəti Baş İdarəsinin rəis müavini Vergi Məcəlləsinin 166-ci maddəsinə ediləcək dəyişikliklər haqqında da danışıb: “Təkliflərdə əlavə dəyər vergisi üzrə inzibatçılığının tamamilə dəyişməsi nəzərdə tutulur. Bildiyimiz kimi, satış aparıldığı halda əlavə dəyər vergisi əgər vəsait 30 gün müddətində daxil olurdusa, ödəniş daxil olduğu vaxt, 30 gün ərzində ödəmə həyata keçirilmirdisə, o zaman satış həyata keçirilən vaxt hesablanmalı idi. Bu da təbii ki, vergi ödəyicilərinin maliyyə və mühasibatlıq baxımdan əməliyyatlarının izlənilməsində müəyyən çətinliklər yaradırdı.
Bütövlükdə əlavə dəyər vergisinin hesablanması və əvəzləşdirilməsinin eyni mexanizm üzərində həyata keçirilməsi üçün ƏDV hesablanmasının kassa metodu prinspi əsasında aparılması təklif edilir. Mal (iş, xidmət) təqdim edildikdən sonra həmin satışa görə vəsait daxil olmayanadək sahibkarın əlavə dəyər vergisi öhdəliyi yaranmır. Vəsait nə zaman daxil olacaqsa, o zaman daxil olan vəsaitə görə sahibkar üçün ƏDV öhdəliyi yaranacaq. Bu dəyişiklik nəticəsində vergi ödəyicisi maliyyə vəsaitinə qənaət etmiş olacaq. Sahibkar malları təqdim etdiyi vaxtda büdcəyə ƏDV ödəmir, pul vəsaiti faktiki daxil olan vaxt vergini ödəmiş olur. Bu proses zamanı vergi yükü dəyişməsə də, sahibkar maliyyə vəsaitinə qənaət edir və vergi öhdəliyin müəyyən müddətə təxirə salmış olur.”

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

 

Şərh yazın