Çərşənbə axşamı, 05 Noyabr 2019 05:44

Diqqət! Xidmət sahəsi ilə bağlı vergi ödəyicisinin xeyrinə olan ƏLA dəyişiklik (10-cü yazı)

1 yanvar 2020-ci ildən Vergi Məcəlləsinin 156 maddəsində dəyişikliklər edilməsi məqsədilə hazırlanmış yeni qanun layihəsini “Vergi uçotu: A-dan Z-yə” kitabının müəllifi Anar Bayramov mövzular üzrə şərh edir.

1 yanvar 2019-cu il tarixdə olan dəyişikliklərdən ən çox müzakirə olan məsələrdən biri də sadələşdirilmiş vergi ödəyici olmaq hüququnun məhdudlaşdırılmasıdır. Yeni dəyişikliyə əsasən, xidmət sektorunda fəaliyyət göstərən vergi ödəyicisi dövr ərzində hətta bir vergi ödəyicisinə xidmət göstərdiyi halda sadələşdirilmiş vergi ödəyicisi hüququnu itirir. 

1 yanvar 2020-ci ildən Vergi Məcəlləsinə təklif edilən dəyişiklik vergi ödəyicilərin xeyrinə atılmış addımdır. Belə ki, əlavə edilən 218.6.2-ci maddəyə əsasən,  vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər tərəfindən əhaliyə xidmətlə yanaşı hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ saxlanılır.

Dəyişikliyi misallarla izah edək.

Misal 1. Fiziki vəya hüquqi şəxs olan vergi ödəyicisi 2020-ci 1-ci rüb ərzində göstərdiyi sahibkarlıq fəaliyyəti ilə bağlı xidmətin ümümi məbləği 30 000 manatdır. Amma rüb ərzində vergi ödəyicisi cəmi 8000 manatlıq xidmət vergi ödəyicisi olan hüquqi vəya fiziki şəxsə göstərib. Bu cür xidmətlərin xüsusi çəki 26,67 faiz ((8000 manat/30 000) manat x 100 faiz) olduğu üçün vergi ödəyicisi məcburi olaraq gəlir (mənfəət) vergisi olmur və sadələşdirilmiş vergi ödəyicisi olaraq 2 faiz vergi dərəcəsi ilə sadələşdirilmiş vergi ödəyirlər.

Misal 2. Fiziki vəya hüquqi şəxs olan vergi ödəyicisi 2020-ci 1-ci rüb ərzində göstərdiyi xidmətin ümümi məbləği 20 000 manatdır. Amma rüb ərzində cəmi 7 500 manatlıq xidməti vergi ödəyicisi olan hüquqi vəya fiziki şəxsə göstərib. Bu cür xidmətlərin xüsusi çəki 37,50 faiz ((7 500 manat/20 000) manat x 100 faiz) olduğu üçün vergi ödəyicisi sadələşdirilmiş vergi ödəyici olmaq hüququnu itirir və məcburi olaraq gəlir (mənfəət) vergi ödəyicisi kimi qeydiyyata alınmalıdır.

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

 
 
 

Şərh yazın