Bazar ertəsi, 04 Noyabr 2019 05:58

Diqqət! Vergi orqanı yoxlamalar zamanı daha uzun müddəti əhatə edə biləcək (9-cü yazı)

1 yanvar 2020-ci ildən Vergi Məcəlləsinin 156 maddəsində dəyişikliklər edilməsi məqsədilə hazırlanmış yeni qanun layihəsini “Vergi uçotu: A-dan Z-yə” kitabının müəllifi Anar Bayramov mövzular üzrə şərh edir.

Vergi Məcəlləsinin  " Vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusuna görə məsuliyyətə cəlb etmənin və maliyyə sanksiyalarının alınmasının müddəti" adlı 56-ci maddəsi və "Vergi öhdəliyinin yerinə yetirilməsi müddətləri və həmin müddətlərin dəyişdirilməsi" adlı 85-ci maddəsində çiddi dəyişiklik təklif edilir.Təklif edilən dəyişikliklərə əsasən, əgər cinayət halı aşkar olunrsa vergi yoxlamaların müddəti 7 illik dövrü əhatə edə bilər. Hər iki maddəyə vinayət-prosessual qanunvericiliyinə uyğun olaraq təyin edilən vergi uoxlamalarının keçirilməsi barədə müvafiq qərarla aparılan səyyar vergi yoxlamasının nəticələri istisna hallar da müvafiq olaraq 3 vəya 5 illik müddət gözləniləcək.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 75-ci maddəsinə əsasən, Cinayət törətdiyi gündən aşağıda müəyyən edilən müddətlər keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz:

  • az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə; 
  • ağır cinayətin törədildiyi gündən on iki il keçdikdə;
  • xüsusilə ağır cinayətin törədildiyi gündən iyirmi il keçdikdə.

Görüyndüyü kimi, dəyişiklik təsdiq olunduqdan sonra cinayət tərkibli hallar olduğu halda vergi yoxlamaları 7 illik dövrü əhatə edə biləcək.

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

 
 
 

 

 

Şərh yazın