Çərşənbə, 30 Oktyabr 2019 06:42

Diqqət!!! 2020-ci ildən Elektron qaimə-fakturanın 7 növü olacaq (6-cı yazı)

1 yanvar 2020-ci ildən Vergi Məcəlləsinin 156 maddəsində dəyişikliklər edilməsi məqsədilə hazırlanmış yeni qanun layihəsini “Vergi uçotu: A-dan Z-yə” kitabının müəllifi Anar Bayramov mövzular üzrə şərh edir.

Cari ildə elektron qaimə-fakturanın tətbiqində yaranan problemlərdən biri vergi ödəyicisinin fəaliyyət növündən asıl olmayaraq vahid elektron qaimə-fakturanının tətbiq olunması idi. Vahid elektron qaimə fakturanın tətbiqi səbəbindən malların agentə(komisyonçuya) verilməsi, qaytarılması və s. hallar üçün uçotunun dəqiq aparlmasında problemlər yarandı.  Vergilər Nazirliyinin İqtisadi təhlil departamentinin baş direktoru Natiq Şirinov açıqlamalarında bildirmişdi ki, növbəti ildən elektron qaimə fakturalar çeşidlənəcək.

Vergi Məcəlləsinə əlavə edilməsi nəzərdə tutulan 71.-1.6-ci maddəsinə əsasən  vergi ödəyicisi tərəfindən aparılan əməliyyatlar zamanı əməliyyatın xarakterindən asılı olaraq aşağıdakı növdə elektron qaimə-faktura veriləcək:

  • malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə;
  • malların qaytarılması barədə;
  • malların qaytarılması istisna olmaqla, bu Məcəllənin 163-cü maddəsinə əsasən (vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi);
  • malların agentə (komisyonçuya) verilməsi barədə;
  • agent (komisyonçu) tərəfindən malların alıcısına təqdim edilən;
  • malların emala qəbul edilməsi barədə;
  • Vergi Məcəllənin 177.5-ci maddəsinə əsasən (ƏDV əməliyyatları üzrə).

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "A-dan Z-yə Kargüzarlıq" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

İstənilən ünvana çatdırılma ÖDƏNİŞSİZ həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək məqsədilə poçt xərcini təşkilatımız ödəyir.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (ödənişi hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından həyata keçirməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

Şərh yazın