Dəyişiklik! Maliyyə sanksiyası tətbiq olunacaq malların alış və mədaxilini təsdiq edən SƏNƏDLƏR (5-cı yazı)

Dəyişiklik! Maliyyə sanksiyası tətbiq olunacaq malların alış və mədaxilini təsdiq edən SƏNƏDLƏR (5-cı yazı)

1 yanvar 2020-ci ildən Vergi Məcəlləsinin 156 maddəsində dəyişikliklər edilməsi məqsədilə hazırlanmış yeni qanun layihəsini “Vergi uçotu: A-dan Z-yə” kitabının müəllifi Anar Bayramov mövzular üzrə şərh edir.

Vergi Məcəlləsinə təklif edilən ciddi dəyişikliklədən biri də malların alışı təsdiq edən sənədlərlə bağlı tətbiq edilən maliyyə sanksiyasi sərhədlərinin dəqiqləşdirilməsidir. Cari Vergi Məcəlləsinin 58.8-ci maddəsinə əsasən, aşağıdakı sənədlərdən ən azı biri olmadığı maliyyə sanksiyası tətbiq edilir: 

  • malların alışını təsdiq edən elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura;
  • alış aktları;
  • idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi
  • vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə Vergi Məcəlləsinin 130.1-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərdən ən azı biri olmadıqda

Təklif olunan dəyişikliklərə əsasən, həm də elektron qaimə-fakura yoxsa malların təhvil-qəbl aktı məsələsinə də aydınlıq gətrilib. Belə ki, Vergi Məcəlləsinə dəyişikliyi təklif edilən 58.8-ci maddəsinə əsasən, aşağıdakı sənədlərin olması mütləqdir:

- vergi ödəyicisinin sahibliyində olan malların alışını və mədaxilini təsdiq edən elektron qaimə-faktura;

-  Vergi Məcəlləsinin 71- 1.1.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı;

-  idxal gömrük bəyannaməsi;

- alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları;

- komissiyaya, emala və saxlanca götürülmüş malların təhvil-qəbul aktı;

- mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə bu Məcəllənin 130.1-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən hazır məhsulun mədaxilini təsdiq edən sənədlər.

Siyahıdan göründüyü kimi, təklif edilən dəyişiklikdə yeni sənədlər var. Misal üçün, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı sənədi  və komissiyaya, emala və saxlanca götürülmüş malların təhvil-qəbul aktı.

Maliyyə sanksiyası ilə bağlı təklif olunan digər ciddi dəyişiklik də ondan ibarətdir ki, artıq 58.8.2-ci maddəddən “sənədlərdən ən azı biri”  sözünün çıxarılmaısıdır.

Həmçinin istehsal müəssisələrinin sənədləşməsi ilə bağlı təklif edilən edilən dəyişikliyə əsasən, Vergi ödəyicisinin özü tərəfindən istehsal edilən və mədaxili müvafiq sənədlərlə təsdiq edilən hazır məhsulun istehsalı ilə bağlı xammal və materialların alışının bu Məcəllə ilə müəyyən edilən qaydada sənədləşdirilməsi təsdiq edilmədiyi halda bu maddə ilə müəyyən edilən maliyyə sanksiyası tətbiq edilir..

Göründüyü kimi, istehsalla məşğul olan vergi ödəyiciləri də xammal və materialların alışını təsdiq edən sənədləri təqdim edə bilməyəci halda maliyyə sanksiyasına məruz qalacaqlar.

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "A-dan Z-yə Kargüzarlıq" (II nəşr)  artıq SATIŞDA

 Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

İstənilən ünvana çatdırılma ÖDƏNİŞSİZ həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək məqsədilə poçt xərcini təşkilatımız ödəyir.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (ödənişi hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından həyata keçirməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

0 Komment

    Şərh yazın

    Xəbərlər