İdxal zamanı tətbiq olunan cərimənin MİSALLA İZAHI

"Vergi uçotu: A-dan Z-yə" kitabından seçmə

Təcrübədə ən çox istifadə olunan ödəniş avanş ödəniş həyata keçirməklə aparılan üsuludur. Həm alğı-satqı müqaviləsində, həm də gömrük bəyannamələrində avans ödənişlər barədə mütləq qeydlər olmalıdır. Azərbaycan Respublikasının Mərkəzi Bankının 45/1 saylı, 28 noyabr 2016-cı il tarixli qərarı ilə təsdiq olunan “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması” Qaydalarına əsasən, qabaqcadan ödəniş aparıldıqda, banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Bu zaman ödənişin aparıldığı gündən 270 gün müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır.

Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda (xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən) bank qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün 5 iş günü ərzində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim edir.

Misal. “A” MMC 5 iyun 2019-cu ildə malların ölkəyə idxalı ilə bağlı xarici kontragentə 20 000 dollar məbləğində avans ödəniş edib. Amma 270 gün keçməsinə baxmayaraq, malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi təqdim etmir. Həmin müddət ərzində mallar idxal olunmur və ya xidmətlər göstərilmir. Bu zaman “A” MMC avans məbləği geri qaytarmazsa, ona Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən maliyyə sanksiyası tətbiq olunur. Palata İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsini əsas tutaraq, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxsləri inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxsləri inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə etmək hüququna malikdir.

Bir məsələni qeyd edək ki, əvvələr malların idxalı ilə bağlı müddət 180 gün idi. Ancaq 26 fevral 2018-ci il tarixdə qaydalara edilən dəyişiklikdən sonra müddət 180 gündən 270 günə qədər artırıldı.

"Əmək münasibətləri", "Sosial sığorta öhdəlikləri", "Xidmət sektorunda vergi uçotu", "Gəlirdən çıxılan xərclər","Nağdsız hesablaşmalar", "Elektron qaimə-faktura", "Pərakəndə və topdansatış, istehsal və ictimai iaşə müəssisələrində vergi uçotu",  "Əlavə dəyər vergisi" ,"Sadələşdirilmiş vergi" və s. bölmələrin də olduğu 

“Vergi uçotu: A-dan Z-yə” kitabı ARTIQ SATIŞDA

768 səhifəlik, 36 bölməlik, 1 000 praktiki misal, 100 səhifə sənəd nümunəsi və elektron baza (CD disk) 

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

Vergi incə sənətdir,  sənətkar olmağa az qaldı 

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85  vəya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər