Cümə, 30 Avqust 2019 09:38

Mühasiblərin diqqətinə: Vergi orqanının bu maliyyə sanksiyasına diqqət (ARAŞDIRMA YAZI)

Mks.az saytına həmkarlamızdan səyyar vergi yoxlaması zamanı tətbiq edilən maliyyə sanksiyası ilə bağlı maraqlı məlumat daxil olub. Həmkarımızın verdiyi məlumata əsasən,  vergi orqanı tərəfindən səyyar vergi yoxlaması zamanı gəlir və xərcin uçotunun düzgün aparılmadığıı üçün vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilib. Vergi ödəyicisinin məlumatı saytımıza verməkdə məqsədi odur ki, digər həmkarlarımız da qaydaların tələblərində diqqətli olaraq uyğun sənədləşmələri həyata keçirsinlər. Bəzi mütəxəssislər qeyd edirlər ki, vergi orqanları vergi nəzarəti tədbirləri zamanı əsasən malların mədaxil və məxarici təsdiq edən sənədlərin düzgün olub-olmamasını yoxlayırlar. Amma bu maliyyə sanksiyasının tətbiqindən sonra məlum olur ki, proses heç də təsəvvür edilən kimi həyata keçirilmir. Maliyyə sanksiyası haqqında geniş məlumat verməmişdən öncə, gəlir və xərcin uçotunun aparılması qaydaları haqqında məlumat verək.

“Vergi uçotu: A-dan Z-yə” kitabında məlumat verdiyimiz kimi,  Vergi Məcəlləsinin 130.1-1 maddəsinə əsasən, Azərbaycan Respublikası Prezidentinin fərmanları ilə dörd iqtisadi fəaliyət sahəsi üzrə vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları təsdiq olunub. Qaydalar haqqında geniş məlumat verməzdən öncə qeyd edək ki, iqtisadi sahələr üzrə ayrıca qaydanın təsdiq olunması alqışlanmalıdır. Amma elektron sənəd dövriyyəsinin inkişaf etdiyi dövrdə vergitutma məqsədləri üçün kağız formaların tətbiqi o qədər də məqsədyönlü hesab edilməməlidir. Prezidentin fərmanı ilə aşağıdakı dörd iqtisadi fəaliyyət sahəsi üzə vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları təsdiq olunub:

  • 19 aprel 2017-ci il tarixli “İctimai iaşə fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması" Qaydası;
  • 19 aprel 2017-ci il tarixli “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması” Qaydası;
  • 16 iyun 2017-ci il tarixli “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması” Qaydası;
  • 16 iyun 2017-ci il tarixli “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması” Qaydası.

Qeyd edək ki, qaydalara əsasən vergi ödəyiciləri hər bir fəaliyyət üzrə sənədləşmə zamanı Maliyyə Nazirliyinin təsdiq etdiyi kağız formada olan ciddi hesabat blanklarından istifadə etməlidirlər. Ciddi hesabatların blanklarının sayı çox olduğu üçün, əsas sənədlərinin adını qeyd edirik: “İstehsal ehtiyatlarının təhvil-qəbul aktı”, “Malların təhvil-təslim aktı”, “İstehsal ehtiyatlarının alış aktı, “Malların (hazır məhsulların) təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası, “Köməkçi istehsal məhsullarının əsas istehsala buraxılışı qaimə-fakturası”, “Yük avtonəqliyyatı üçün yol vərəqi”, “Zay məhsullara dair akt”,  və s.

Vergi Məcəlləsinin 58.8-ci maddəsinə əsasən, səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı Vergi Məcəlləsi  ilə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda maliyyə sanksiyası tətbiq olunması nəzərdə tutulub. Daha konkret olaraq Vergi Məcəlləsinin 58.8.3-cü maddəsinə əsasən, Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda – alıcıya rəsmiləşdirilməyən xərclərin 10 faizi miqdarında maliyyə sanksiyası tətbiq olunur.

Qaydalara uyğun rəsmiləşdirmə və maliyyə sanksiyaları haqqında kifayət qədər məlumat verdiyimiz üçün, indi isə həmkarımıza tətbiq olunan maliyyə sanksiyası haqqında məlumat verək.

Həmkarımızın təmsil etdiyi sahibkar istehsal sahəsində fəaliyyət göstərir və yaxın zamanlarda vergi ödəyicisində səyyar vergi yoxlaması həyata keçirilib. Səyyar vergi yoxlaması zamanı müəyyən oluub ki, vergi ödəyicisi istehsal ehtiyatlarının mədaxili və hazır məhsulun satışını elektron qaimə-faktura əsasında aparıb. Vergi orqanının əməkdaşları iddia ediblər ki, istehsal olunmuş hazır məhsulların anbara verilməsi rəsmiləşdirilməyib. Belə ki, qaydalara əsasən istehsal olunmuş hazır məhsullar “Hazır məhsulların təhvil-qəbul aktı” ilə anbarın məsul şəxsinə təhvil verilməlidir.

Bu səbəbdən də, vergi orqanları həmin sənədin olmamasını əsas tutaraq, gəlir və xərcin düzgün uçotunun aparılmamasına görə vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edəciyini bildiriblər. Baxmayaraq ki, istehsal ehtiyatlarının mədaxili qanunvericiliyin tələblərinə uyğun həyata keçirilib. Həmçinin, hazır məhsulun satışı zamanı da electron qaimə-faktura daxil olmaqla digər sənədləşmələr qaydaya uyğun aparılıb. Sadəcə istehsal prossesi zamanı daxili sənədləşmə həyata keçirilmədiyi üçün, vergi orqanları Vergi Məcəlləsinin 58.8-ci maddəsini əsas tutaraq, vergi ödəyicisinin gəlir və xərclərin düzgün aparılmaması iddia edərək maliyyə sanksiyası tətbiq edəcəklərini bildiriblər.

Mks.az saytı olaraq bildiririk ki, vergi ödəyicisinin gəlir və xərclərinin uçotunun düzgün formada sənədləşməsinin tərəfdarıyıq. Amma qaydalarda qeyd edilən tam rəsmiləşdirməni həyata keçirmək üçün hər  vergi ödəyicisinin vaxt, kadr personalı və ya maliyyə imkanı yoxdur.  Fikrimizcə, qaydlarda qeyd olunan ciddi hesabat blanklarında ixtisarlar aparılmalı və tam olaraq elektronlaşma həyata keçirilməlidir.

Vergi Məcəlləsinə edilən son dəyişikliklə bağlı qanunda qeyd olunur ki, 2019-cu il yanvarın 1-dən bir il müddətində  58-ci maddə üzrə maliyyə sanksiyasını tətbiqi zamanı vergi ödəyicisi belə hala birinci dəfə yol verdikdə, o zaman vergi orqanı tərəfindən maliyyə sankiyası yox rəsmi (yazılı) xəbərdarlıq edilir. Amma bu cür rəsmi xəbərdarlığın tətbiq olunması müddətinə də cəmi ...4 ay qalıb

Sonda həmkarlarımız üçün maraqlı olacağını nəzərə alaraq, “Vergi uçotu: A-dan Z-yə” kitabından ictimai iaşə müəssisələrində aparılan fəaliyyətin rəsmiləşdirilməsi ilə bağlı bir misalı diqqətinizə çatdırırıq. Mikro vəya kiçik sahibkarlıq subyekti olan ictimai iaşə müəssisəsində vergi ödəyicisi hər proses üçün aşağıdakı kimi sənədləşmə həyata keçirməlidir:

Misal. Tutaq ki, ictimai iaşə müəssisəsində kələm dolması bişirilməsinə qərar verilib. Bu zaman kələm dolmasının hazırlanması üçün lazım olan reseptlər (2 kilo ət, 3 kilo kələm, 1 kilo düyü və s.) təsdiq olunur və həmin resept əsasında sıfariş forması hazırlanıb anbardara verilir. Anbarda həmin sifariş formasında qeyd edilən malları “Malların anbardan mətbəxə buraxılışı qaimə-fakturası”na qeyd edərək aşpaza təqdim edir. Artıq həmin qaimə-faktura əsasında reseptdə qeyd edilən məhsullar üzrə məsuliyyət aşpazın üzərinə keçir.

 

"Əmək münasibətləri", "Sosial sığorta öhdəlikləri", "Xidmət sektorunda vergi uçotu", "Gəlirdən çıxılan xərclər","Nağdsız hesablaşmalar", "Elektron qaimə-faktura", "Pərakəndə və topdansatış, istehsal və ictimai iaşə müəssisələrində vergi uçotu",  "Əlavə dəyər vergisi" ,"Sadələşdirilmiş vergi" və s. bölmələrin də olduğu 

“Vergi uçotu: A-dan Z-yə” kitabı ARTIQ SATIŞDA

768 səhifəlik, 36 bölməlik, 1 000 praktiki misal, 100 səhifə sənəd nümunəsi və elektron baza (CD disk) 

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

Vergi incə sənətdir,  sənətkar olmağa az qaldı 

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85  vəya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

 

 

Şərh yazın