ƏDV tutulan əməliyyatların vaxtının səhv müəyyən olunmasının cəzası

ƏDV tutulan əməliyyatların vaxtının səhv müəyyən olunmasının cəzası

“Vergi uçotu: A-dan Z-yə” kitabından seçmə

ƏDV tutulan əməliyyatların aparıldığı vaxtı izləmək ona görə önəmlidir ki, ƏDV məbləğləri bəyannamədə düzgün qeyd edilsin. Bir vaxtlar vergi orqanlarının yoxlamalar zamanı ən çox tətbiq etdikləri maliyyə sanksiyası sırf ƏDV-in vaxtı ilə əlaqədar idi. Düzdür, son zamanlar bu tip maliyyə sanksiyalarının tətbiq edilməsi azalsa da, risk aradan qalxmayıb. 118 Əlavə dəyər vergisi Gəlin, öncə Vergi Məcəlləsinin sözügedən maddəsinə diqqət yetirək: “58.1. Verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.” İndi maliyyə sanksiyasının tətbiq olunması halını misalla izah edək.
Misal. Tutaq ki, “A” MMC 27 may 2019-cu il tarixdə qarşı tərəfə 1 000 manatlıq mal göndərib, 2 iyun 2019-cu il tarixdə isə elektron vergi hesabfakturanı təqdim edib, amma ödəniş 18 iyun 2019-cu il tarixdə daxil olub. Göründüyü kimi, ödəniş 30 gün ərzində olduğu üçün ödəniş tarixi (18 iyun 2019-cu il) əsas götürülür. Deməli, bu əməliyyat may yox, iyunun bəyannaməsində qeyd olunacaq. Fərz edək ki, vergi ödəyicisi 1 000 manatlıq dövriyyəni may ayında göstərib və 180 manatlıq ƏDV-ni büdcəyə ödəyib. Təbii ki, artıq vergi ödəyici bu əməliyyatı iyun ayında qeyd etməyəcək. Fərz edək ki, “A” MMC-də vergi yoxlaması keçirilir və bu zaman artıq iyun ayında 1 000 manatlıq dövriyyəni göstərmədiyinə, hesabatda göstərilən verginin düzgün qeyd olunmamasına görə azaldılmış vergi məbləğinin 50 faizi miqdarında, yəni 90 (1000 manat x18 faiz x 50 faiz) manat maliyyə sanksiyası tətbiq olunur. Vergi ödəyicisi həmin 90 manatı may ayında göstərərək büdcəyə ödəsə belə, sanksiya tətbiq olunacaq. 2-3 il əvvəl ən çox maliyyə sanksiyası məhz bu hala tətbiq olunurdu.
Belə əməliyyat üçün maliyyə sanksiyasının tətbiqi absurddur. Çünki vergi ödəyicisi həmin ƏDV-ni əvvəlki ayın bəyannaməsində qeyd edib və büdcəyə ödənilməsini təmin edib. Təəssüf ki, vergi ödəyicilərinin etirazı həmin vaxtlar heç bir fayda vermədi. Son vaxtlar bu tip maliyyə sanksiyasının tətbiq olunmasına təcrübədə rast gəlinmir. Amma bütün hallarda, 1 yanvar 2019-cu ildən edilən dəyişikliklərdə bu cür maliyyə sanksiyalarının tətbiq olunmasını əngəlləyəcək hər hansı düzəliş həyata keçirilməyib.

 

"Əmək münasibətləri", "Sosial sığorta öhdəlikləri", "Xidmət sektorunda vergi uçotu", "Gəlirdən çıxılan xərclər","Nağdsız hesablaşmalar", "Elektron qaimə-faktura", "Pərakəndə və topdansatış, istehsal və ictimai iaşə müəssisələrində vergi uçotu",  "Əlavə dəyər vergisi" ,"Sadələşdirilmiş vergi" və s. bölmələrin də olduğu 

“Vergi uçotu: A-dan Z-yə” kitabı 12 iyun tarixdən ARTIQ SATIŞDA

768 səhifəlik, 36 bölməlik, 1 000 praktiki misal, 100 səhifə sənəd nümunəsi və elektron baza (CD disk) 

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

Vergi incə sənətdir,  sənətkar olmağa az qaldı 

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85  vəya [email protected]

 

 

 

0 Komment

    Şərh yazın

    Xəbərlər