Vergilər Nazirliyinin ƏDV bəyannaməsi hazırlaması planının görünməyən tərəfləri (ARAŞDIRMA YAZI)

Vergilər Nazirliyinin ƏDV bəyannaməsi hazırlaması planının görünməyən tərəfləri (ARAŞDIRMA YAZI)

Xəbər verdiyimiz kimi, vergi orqanları bəzi vergi ödəyicilərinin Əlavə Dəyər Vergisi Bəyannaməsinin ilkin variantınıın hazırlanmasını həyara keçirəcək. Bu yazımızda proses haqqında məlumat verməklə yanaşı xidmətin üstün və zəif cəhətləri haqqında məlumat verəciyik.

Vergi orqanı ilkin olaraq hansı vergi ödəyicilərinin ƏDV vergi bəyannaməsini hazırlayacaq?

Azərbaycan Respublikası Vergilər Nazirliyinin 19 aprel 2019-cu il tarixli, 1917040100411900 saylı əmri ilə “Kiçik sahibkarlıq subyektlərinin ƏDV bəyannamələrinin əvvəlcədən doldurulması” qaydaları təsdiq edilib. Qaydaların adından göründüyü kimi, vergi orqanları kiçik sahibkarlıq subyektləri üçün bəyannamənin əvvəlcədən tərtib edilməsini həyata keçirəcək. Nazirlər Kabinetinin  “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”na əsasən, 11-50 nəfər aralığında işçisi olan və 3 milyon manatadək illik gəliri olanlar kiçik sahibkarlıq subyektləri adlandırılır.

Bu xidmət niyə bütün ƏDV ödəyicisi olan vergi ödəyicilərini əhatə etməyəcək?

Qaydalarının 1.3-cü bəndidə qeyd edilir ki,  “ƏDV bəyannamələrinin əvvəlcədən doldurulması” xidmətindən istifadə etmək hüququ öz fəaliyyətində yalnız Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatından istifadə edən kiçik sahibkarlıq subyektlərinə məxsusdur. Deməli, bu xidmət bütün kiçik sahibkarlıq subyektlərini əhatə etməyəcək. Vergi Məcəlləsinin 16.1.18-ci maddəsinə əsasən bəz xırdai istisnalar nəzərə alınmaqla pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti üzrə fəaliyyət göstərən vergi ödəyiciləri nağd pul hesablaşmalarını  elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirməlidir. Deməli, ƏDV ödəyicisi olan kiçik sahibkarlıq subyekti topdansatış, istehsal və ya xidmətlə məşğul olarsa, həmin vergi ödəyicilərinin ƏDV bəyannaməsini vergi orqanı tərtib edə bilməyəcək.

Vergi ödəyicirinin bu xidmətdən istifadə etməsi məcburidir?

Qaydalarda qeyd edilir ki, Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı tətbiq etməklə ƏDV qeydiyyatına alınmış kiçik sahibkarlıq subyektləri “ƏDV bəyannaməsinin əvvəlcədən doldurulması” xidmətindən istifadə etmək və ya imtina etmək üçün qeydiyyatda olduğu vergi orqanına ərizə forması ilə elektron qaydada müraciət etməlidir. Vergi orqanı həmin ərizəni qəbul etdikdən sonra, 5 iş günü ərzində vergi ödəyicisinə  təsdiq və ya imtina haqqında məlumat verməlidir. Vergi orqanının ərizəyə imtina halları aşağıdakı səbəblərə görə baş verir:

  • Vergi ödəyicisi elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatına malik olmadıqda;
  • Vergi ödəyicisi vergi orqanına hesabatlarını onlayn formada təqdim etmədikdə;;
  • Vergi ödəyicisi kiçik sahibkarlıq subyektinə uyğun gəlmədikdə.

Vergi orqanı hesabatı neçə gün ərzində hazırlayacaq və hansı halda bəyannamə təqdim olunmuş hesab olunacaq?

Vergi orqanı vergi ödəyicisinin ƏDV bəyannaməsini hesabat ayı başa çatdıqdan sonra 5 iş günü ərzində elektron formada hazırlayaraq göndərəcək. Vergi ödəyicisinin həmin bəyannamənin üzərində dəyişiklik aparmaq hüququ ƏDV bəyannaməsinin təqdim edilməsi müddəti başa çatanadək var. Qeyd edək ki, vergi ödəyicisi ƏDV bəyannaməsini aylıq olaraq hazırlamalı,  növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına təqdim etməlidir. Əgər vergi ödəyicisi ƏDV bəyannaməsinin təqdim edilməsi müddəti başa çatanadək təsdiqləməzsə, o zaman vergi orqanının hazırladığı bəyannamə əsas tutularaq təsdiq edilir və bu barədə vergi ödəyicisinə bildiriş göndərilir.

Vergi orqanı ƏDV bəyannaməsinin doldurulması üçün məlumatları necə əldə edəcək?

Vergi orqanı ƏDV bəyannaməsinin əvvəlcədən doldurulması zamanı aşağıdakı məlumatlardan istifadə edəcək:

  • dövlət reyestr məlumatlarından;
  • Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatının məlumatlarından;
  • elektron-qaimə faktura, elektron vergi hesab-faktura, ƏDV depozit hesab və yük gömrük bəyannaməsi məlumatlarından;
  • notariusun məlumatlarından;
  • əmək müqavilələri bildirişləri üzrə informasiya sisteminin məlumatları.

ƏDV bəyannaməsinin hazırlanmasında vergi orqanının işinə neqativ təsir edəcək bölmə hansıdır?

ƏDV bəyannaməsi əsasən 3 bölmədən ibarətdir: ƏDV-yə cəlb olunan əməliyyatlar, ƏDV-nin əvəzləşdirməsinə əsas verən əməliyyatlar və muzdlu işlə əlaqədar gəlirlər.

Vergi orqanı ƏDV-yə cəlb olunan əməliyyatlar haqqında göstəriciləri nəzarət-kassa aparatı, elektron qaimə-faktura və elektron vergi hesab-faktura məlumatlarından əldə etmək imkanına malik olacaq. Əvəzləşdiriləcək ƏDV-lə bağlı məlumatlar isə qarşı tərəfin təqdim etdiyi elektron-qaimə faktura, elektron vergi hesab-faktura, yük gömrük bəyannaməsi və ƏDV depozit hesabı üzrə aparılan əməliyyatlardan əldə ediləcək.

Fikrimizcə, vergi orqan üçün əsas problemi yaradacaq məsələ əmək haqqı ilə bağlı məlumatların əldə olunması ilə bağlı olacaq. Qaydalarda qeyd olunur ki, əmək müqavilələri bildirişləri üzrə informasiya sisteminin məlumatlarından istifadə olunacaq. Amma gəlin razılaşaq ki, kiçik sahibkarlıq subyektlərində ay ərzində əmək haqqı üzrə fərqliliklərin olması qaçılmazdır. Məzuniyyət, müavinət və s. amillərin təsir etdiyi əmək haqqı məlumatlarını isə əmək müqavilələri bildirişləri üzrə informasiya sistemindən əldə etmək mümkün deyil. Vergi orqanı bu məlumatları ancaq vergi ödəyicisinin təqdim etdiyi “Muzdlu işlə əlaqədar ödəmə mənbəyindən vergi” bəyannaməsindən əldə edə bilər ki, bu hesabat forması ƏDV ödəyiciləri tərəfindən ƏDV bəyannaməsi kimi aylıq yox illik olaraq təqdim edilir.

Vergi orqanı hazırladığı ƏDV bəyannməsinə cavabdehdir?

Qaydalarda qeyd olunur ki, vergi orqanı tərəfindən ƏDV bəyannaməsinin əvvəlcədən hazırlanaraq vergi ödəyicisinə göndərilməsi onun vergilərin düzgün hesablanması vəzifəsindən azad etmir. Həmçinin vergi orqanı tərəfindən ƏDV bəyannaməsinin hazırlanması vergi nəzarət tədbirlərinin həyata keçirilməməsinə səbəb ola bilməz. Vergi orqanı bütün hallarda qanunla müəyyən edilmiş qaydada vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək və dövlət büdcəsinə ödənilməsini təmin etmək hüquqlarını həyata keçirir.

Yekun nəticə: Vergilər Nazirliyinin bu sistemi uğurlu və davamlı olacaq?

Vergi orqanının bəyannamə hazırlanması sisteminə keçirilməsi daha çox sahibkara uyğundur. Nəzərə alsaq ki, növbəti dövrlərdə vergi orqanı tərəfindən muzdlu bəyannamə ilə bağlı xüsusi excel formasının hazırlanması nəticəsində vergi ödəyicisinin 4 (muzdlu, sosial sığorta, işşsizlik və tibbi sığorta) hesabatının avtomatik olaraq vahid formada hazırlanacaq.  Artıq bu cür proseslərin həyata keçirilməsi nəticəsində sahibkarlar mühasiblərin əməyinə o qədər ehtiyac duymacaq. Bu da əmək bazarında mühasiblərin zəhmətinin aşağı qiymətləndirilməsinə səbəb olacaq.

Fikrimizcə, bu xidmətin tətbiqində yuxarıda qeyd etdiyimiz hallarla yanaşı digər məlumatların əldə olunmasında da çətinlikər yaranacaq. Amma vergi orqanının bəyannamə formaları üzrə dəyişiklikər etməsi üzrə birbaşa səlahiyyəti olduğu üçün, proses zamanı yaranan maneələr zaman getdikcə aradan qaldırılacaq. Qeyd edək ki, vergi orqanı tərəfindən hesabatların hazırlanması artıq illərdir ki, Gürcüstanda uğurla tətbiq olunur.  Mühasiblərə isə bildirmək istərdik ki, bütün dövrlərdə mühasiblərə ehtiyac olacaq, amma zaman keçdikcə maliyyə təhlili qabiliyyəti olan mühasiblərin əməyi daha yüksək qiymətləndiriləcək.

"Əmək münasibətləri", "Sosial sığorta öhdəlikləri", "Xidmət sektorunda vergi uçotu", "Gəlirdən çıxılan xərclər","Nağdsız hesablaşmalar", "Elektron qaimə-faktura", "Pərakəndə və topdansatış, istehsal və ictimai iaşə müəssisələrində vergi uçotu",  "Əlavə dəyər vergisi" ,"Sadələşdirilmiş vergi" və s. bölmələrin də olduğu 

“Vergi uçotu: A-dan Z-yə” kitabı 12 iyun tarixdən ARTIQ SATIŞDA

768 səhifəlik, 36 bölməlik, 1 000 praktiki misal, 100 səhifə sənəd nümunəsi və elektron baza (CD disk) 

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

Vergi incə sənətdir,  sənətkar olmağa az qaldı 

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85  vəya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər