Çərşənbə axşamı, 09 İyul 2019 06:02

Cari vergi ödəməsi arayışını təqdim edənlər başqa hansı hesabatları təqdim etməlidir?

"Vergi uçotu: A-dan Z-yə" kitabından seçmə

Xidmət sahəsində fəaliyyət göstərən, hər hansı əmlak və torpağı olmayan gəlir və ya mənfəət vergisi ödəyicisi (ƏDV ödəyiciləri əlavə olaraq aylıq olaraq ƏDV bəyannaməsi təqdim edirlər) aşağıdakı hesabat vəya arayışı  təqdim etməlidir.

 1) Cari vergi ödəmələrinin hesablanması haqqında Arayış

Rübdən sonrakı ayın 15-dən gec olmayaraq təqdim edilir. Rüb ərzində fəaliyyət olmadığı halda da təqdim edilməlidir.

 2) “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergilər barədə bəyannamə”

Rübdən sonrakı ayın 20-dən gec olmayaraq təqdim edilir, nəzərə almaq lazımdır ki, işçilər olmadığı halda da təqdim edilməlidir.

 3) Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi

Rüblük olaraq təqdim edilən bəyannamə icarə, faiz gəlir, divident və s. gəlirlər üzrə ödəmə mənbəyində vergi tutulduğu halda təqdim edlir. Hesabatın təqdim olunması rübdən sonrakı ayın 20-dən gec olmayaraq həyata keçirilməlidir.

4) Fiziki şəxslərin gəlir vergisi və ya hüquqi şəxslərin mənfəət vergisi bəyannaməsi

İllik bəyannamə forması hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq təqdim olunmalıdır.

"Xidmət sektorunda vergi uçotu", "Gəlirdən çıxılan xərclər","Nağdsız hesablaşmalar", "Elektron qaimə-faktura", "Pərakəndə və topdansatış, istehsal və ictimai iaşə müəssisələrində vergi uçotu",  "Əlavə dəyər vergisi" ,"Sadələşdirilmiş vergi" və s. bölmələrin də olduğu 

“Vergi uçotu: A-dan Z-yə” kitabı 12 iyun tarixdən ARTIQ SATIŞDA

768 səhifəlik, 36 bölməlik, 1 000 praktiki misal, 100 səhifə sənəd nümunəsi və elektron baza (CD disk) 

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

Vergi incə sənətdir,  sənətkar olmağa az qaldı 

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85  vəya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Şərh yazın