IV rüb üzrə Cari vergi ödəmələrinin və yekun gəlir(mənfəət) vergisinin hesablanmasının MİSALLA izahı

IV rüb üzrə Cari vergi ödəmələrinin və yekun gəlir(mənfəət) vergisinin hesablanmasının MİSALLA izahı

"Vergi uçotu: A-dan Z-yə" kitabından seçmə

Vergi Məcəlləsinin 151.5-ci maddəsinə əsasən, əvvəlki vergi ilində fəaliyyəti olmayan və növbəti vergi ilində fəaliyyət göstərən hüquqi şəxslərin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərin, habelə yeni yaradılmış və fəaliyyət göstərən vergi ödəyicilərinin cari vergi ödəmələri aşağıda göstərilən qaydada həyata keçirilir:

151.5. Əvvəlki vergi ilində fəaliyyəti olmayan və növbəti vergi ilində fəaliyyət göstərən hüquqi şəxslərin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərin, habelə yeni yaradılmış və fəaliyyət göstərən vergi ödəyicilərinin (bundan sonra - əvvəllər fəaliyyəti olmayan vergi ödəyiciləri) cari vergi ödəmələri aşağıda göstərilən qaydada həyata keçirilir:

151.5.1. Əvvəllər fəaliyyəti olmayan vergi ödəyicilərinin mənfəət vergisi və ya gəlir vergisi üzrə cari vergi ödəmələri təqvim ili ərzində rüblər üzrə artan yekunla bu Məcəllə ilə müəyyənləşdirilən müvafiq vergi dərəcələrinə əsasən hesablanır.

151.5.2. Cari vergi ödəmələrinin məbləği mənfəətdən və ya gəlirdən verginin məbləğinin 75 faizindən az olmamalıdır.

151.5.3. Əvvəllər fəaliyyəti olmayan vergi ödəyiciləri rüb başa çatdıqdan sonra 15 gün ərzində cari vergi ödəmələrini aparmalı və rüb ərzində mənfəətdən və ya gəlirdən hesablanmış cari vergi məbləği barədə vergi orqanına arayış təqdim etməlidirlər.

151.5.4. Cari vergi ödəmələri bu Məcəllənin 151.5.3-cü maddəsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün əvvəllər fəaliyyəti olmayan vergi ödəyicisindən ödənilməmiş cari vergi ödəmələrinə görə bu Məcəllənin 59-cu maddəsində nəzərdə tutulmuş qaydada faiz tutulur.

151.5.5. Bu Məcəllənin 151.5.4-cü maddəsində müəyyən edilmiş faiz bu Məcəlləyə müvafiq olaraq aparılmış vergi yoxlaması nəticəsində aşkar edilmiş vaxtında ödənilməmiş vergilər üzrə cari vergi ödəmələrinə münasibətdə bütün ötmüş müddətə ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir.

Misal. Tutaq ki, mikro sahibkarlıq subyekti olan fiziki şəxsin və ya hüquqi şəxsin 2019-cu il üzrə gəliri və xərclərinə uyğun hesablama aşağıdakı kimi olub:

 1) 1-cü rüb (aprel ayının 15-dən gec olmayaraq cari vergi bəyannaməsi haqqında arayış təqdim olunmalıdır).

Gəlir - 4 000 manat; Xərc - 2 600 manat. I rüb üzrə gəlir (mənfəət) - 1 400 manat (4 000 manat (gəlir) - 2 600 (xərc) manat) Gəlir (mənfəət) vergisi- 280 manat = (1400 manat x 20 faiz (gəlir və ya mənfəət vergisinin dərəcəsi) Cari vergi ödəməsi -70 manat= (280 manat (gəlir (mənfəət) vergisi) x 25 faiz (mikro sahibkarlıq subyektinə verilən 75 faizlik güzəşt nəzərə alınmaqla) Ödəniləcək cari vergi ödəməsi (75 faiz minimum ödəmə nəzərə alınmaqla)= 52,50 (70 manat (cari vergi ödəməsi) x 75 faiz (ödənişin minimum həddi))

2) 2-ci rüb (iyul ayının 15-dən gec olmayaraq cari vergi bəyyannaməsi haqqında arayış təqdim olunmalıdır)

II rüb üzrə gəlir - 2500 manat; II rüb üzrə xərc - 1800 manat. Gəlir (mənfəət) - 2100 manat ((4 000 manat (I rüb üzrə gəlir) + 2 500 manat (II rüb üzrə gəlir)) - (2 600 manat (I rüb üzrə xərc)+ 1800 manat (II rüb üzrə xərc)) Gəlir (mənfəət) vergisi- 420 manat (2 100 manat x 20 faiz). Cari vergi ödəməsi -105 manat= (420 manat (gəlir (mənfəət) vergisi) x 25 faiz (mikro sahibkarlıq subyektinə verilən 75 faizlik güzəşt nəzərə alınmaqla). Ödəniləcək cari vergi ödəməsi (75 faiz minimum ödəmə nəzərə alınmaqla) - 26,25 manat = ((105 manat (cari vergi ödəməsi) x 75 faiz (ödənişin minimum həddi))- 52,50 manat (I rüb üzrə cari vergi ödəmə)

3) 3-cü rüb (aprel ayının 15-dən gec olmayaraq cari vergi bəyannaməsi haqqında arayış təqdim olunmalıdır)

III rüb üzrə gəlir - 1 000 manat; III rüb üzrə xərc - 800 manat. Gəlir (mənfəət) - 2300 manat ((4 000 manat (I rüb üzrə gəlir) + 2 500 manat (II rüb üzrə gəlir) + 1 000 manat (III rüb üzrə gəlir) ) - (2 600 manat (I rüb üzrə xərc)+ 1800 manat (III rüb üzrə xərc)+ 800 manat (III rüb üzrə xərc)). Gəlir(mənfəət) vergisi- 460 manat (2 300 manat x 20 faiz). Cari vergi ödəməsi -115 manat= (460 manat (gəlir (mənfəət) vergisi) x 25 faiz (mikro sahibkarlıq subyektinə verilən 75 faizlik güzəşt nəzərə alınmaqla). Ödəniləcək cari vergi ödəməsi (75 faiz minimimum ödəmə nəzərə alınmaqla)= 7,50 manat ((115 manat (cari vergi ödəməsi) x 75 faiz (ödənişin minimum həddi))- 52,50 manat (I rüb üzrə cari vergi ödəmə) - 26,25 manat (I rüb üzrə cari vergi ödəmə).

4) 4-cü rüb (yanvar ayının 15-dən gec olmayaraq cari vergi bəyyannaməsi haqqında arayış təqdim olunmalıdır).

IV rüb üzrə gəlir - 600 manat; IV rüb üzrə xərc - 1000 manat. Gəlir (mənfəət) - 1900 manat ((4 000 manat (I rüb üzrə gəlir) + 2 500 manat (II rüb üzrə gəlir) + 1 000 manat (III rüb üzrə gəlir) + 600 manat (IV rüb üzrə gəlir) - (2 600 manat (I rüb üzrə xərc)+ 1800 manat (III rüb üzrə xərc)+ 800 manat (III rüb üzrə xərc) +1000 manat (IV rüb üzrə xərc)). Gəlir (mənfəət) vergisi- 380 manat (1 900 manat x 20 faiz). Cari vergi ödəməsi - 95 manat= (380 manat (gəlir (mənfəət) vergisi) x 25 faiz (mikro sahibkarlıq subyektinə verilən 75 faizlik güzəşt nəzərə alınmaqla). Ödəniləcək cari vergi ödəməsi (75 faiz minimum ödəmə nəzərə alınmaqla)= ((95 manat (cari vergi ödəməsi) x 75 faiz (ödənişin minimum həddi))- 52,50 manat (I rüb üzrə cari vergi ödəmə) - 26,25 manat (II rüb üzrə cari vergi ödəmə)- 7,50 manat (III rüb üzrə cari vergi ödəmə)

Göründüyü kimi, IV rübün cari vergisindən ilk 3 rüb üzrə ödənilən cari vergiləri çıxdıqdan sonra fərq mənfi olduğu üçün 4-cü rübdə ödəniş həyata keçirilməyəcək.

Yekun gəlir və ya mənfəət vergisi bəyannaməsində il ərzində gəlirlər 8 100 (4 000 + 2 500 + 1000 + 600) manat və xərclər 6 200 (2 600+1 800+800+1 000) manat olduğu üçün mənfəət 1 900 (8 100 – 6 200) manat təşkil edəcək. Mənfəət və ya gəlir vergisinin dərəcəsnin 20 faiz olduğunu nəzərə alaraq, ilin yekunlarına əsasən mənfəət vergisi 380 manat (1900 x 20 faiz) təşkil edəcək. Mikro sahibkarlıq subyektlərinə edilən 75 faiz güzəşti də nəzərə alsaq, yekun mənfəət vergisi 95.00 (380 x 25 faiz) manat təşkil edir. İl ərzində cari vergi ödəmələrinin 86,25 manat (52.50+26.25+7.50+0) olduğunu nəzərə alsaq, vergi ödəyicisi əlavə olaraq 8,75 (95.00-86.25) manat ödəməli olacaq.

"Xidmət sektorunda vergi uçotu", "Gəlirdən çıxılan xərclər","Nağdsız hesablaşmalar", "Elektron qaimə-faktura", "Pərakəndə və topdansatış, istehsal və ictimai iaşə müəssisələrində vergi uçotu",  "Əlavə dəyər vergisi" ,"Sadələşdirilmiş vergi" və s. bölmələrin də olduğu 

“Vergi uçotu: A-dan Z-yə” kitabı 12 iyun tarixdən ARTIQ SATIŞDA

768 səhifəlik, 36 bölməlik, 1 000 praktiki misal, 100 səhifə sənəd nümunəsi və elektron baza (CD disk) 

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

Vergi incə sənətdir,  sənətkar olmağa az qaldı 

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85  vəya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər