İlk dəfə mks.az-da: Vergilər Nazirliyindən xidmət sektoru ilə bağlı CİDDİ DƏYİŞİKLİK gözlənilir

İlk dəfə mks.az-da: Vergilər Nazirliyindən xidmət sektoru ilə bağlı CİDDİ DƏYİŞİKLİK gözlənilir

Mks.az saytının əldə etdiyi məlumata əsasən, Vergilər Nazirliyi Xidmət sferasında fəaliyyət göstərən vergi ödəyiciləri ilə bağlı qərarına ciddi dəyişiklik etmək niyyətindədir. Artıq Vergi Məcəlləsinə son dəyişikliklər paketində bununla bağlı təklif də qeyd edilib. Xatırladaq ki, 1 yanvar 2019-cu ildən etibarən, Məcəllədə sadələşdirilmiş vergi ödəyicisi olmaq istəyənlər üçün məhdudiyyətlər nəzərdə tutulub. Vergi Məcəlləsinin 218.5-ci maddəsinə əlavə edilən dəyişikliyə əsasən, xidmət sahəsində fəaliyyət göstərən aşağıdakı vergi ödəyiciləri sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malik deyillər:
- vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərin (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər (Vergi Məcəlləsinin 218.4.1-ci və 220.10-cu maddələrində nəzərdə tutulan şəxslər tərəfindən xidmətlərin göstərilməsi istisna olmaqla);
-bina tikintisi fəaliyyəti ilə məşğul olan və icbari sığorta müqavilələri üzrə xidmət göstərən şəxslər istisna olmaqla, lisenziya tələb olunan fəaliyyət növü ilə məşğul olan şəxslər.

Əhalidən başqa digər şəxslərə xidmət göstərən vergi ödəyicilərinə sadələşdirilmiş vergi ödəyicisi olmaq qadağası qoyumasında məqsəd xidmət müqaviləsi ilə fəaliyyət göstərən şəxslərin əmək müqavilələrinə keçidi təmin etməkdir. Fikrimizcə, bununla bağlı əlavə olunan maddənin bütün xidmət göstərənlərə şamil olunması vergi ödəyicilərinin uçotunun təşkilində müəyyən problemlər yaradıb. Fikrimizi izah etmək üçün təcrübədən ən azı iki hala baxmağımız kifayətdir:
Misal 1. Əsasən vətəndaşlara avtoyuma və ya texniki xidmət göstərən fiziki şəxsin hər hansı vergi ödəyicisinə bir dəfə xidmət göstərməsi onun sadələşdirilmiş vergi ödəyicisi olmasına qadağa qoyur.
Misal 2. Pərakəndə ticarət faəliyyəti ilə məşğul olan şəxs hər hansı səbəbdən vergi ödəyicisinə bir dəfə xidmət göstərərsə, o zaman müvafiq olaraq gəlir və ya mənfəət vergisi ödəyicisi olmalıdır.
Əldə etdiyimiz məlumata əsasən, bu cür problemlərin yaşandığını görən Vergilər Nazirliyi “xüsusi çəki” prinspini tətbiq etmək niyyətindədir. Misal üçün, fiziki şəxs əsasən əhaliyə xidmət və ya pərakəndə satış həyata keçirirsə, bu zaman paralel olaraq vergi ödəyicilərinə xidmətin xüsusi çəkisi ümumi dövriyənin X faizindən az olarsa, o zaman sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnu itirməyəcək. Vergilər Nazirliyinin tam qərar verə bilmədiyi məsələ X faizinin necə müəyyənləşdirilməsidir.
Ümid edək ki, Vergilər Nazirliyi düzgün qərar verməklə, 1 yanvar 2019-cu ildən sonra bəzi xidmət sahəsində yaranan problemləri həll edəcək.

 "Xidmət sektorunda vergi uçotu", "Gəlirdən çıxılan xərclər","Nağdsız hesablaşmalar", "Elektron qaimə-faktura", "Pərakəndə və topdansatış, istehsal və ictimai iaşə müəssisələrində vergi uçotu",  "Əlavə dəyər vergisi" ,"Sadələşdirilmiş vergi" və s. bölmələrin də olduğu 

“Vergi uçotu: A-dan Z-yə” kitabı 12 iyun tarixdən ARTIQ SATIŞDA

768 səhifəlik, 36 bölməlik, 1 000 praktiki misal, 100 səhifə sənəd nümunəsi və elektron baza (CD disk) 

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

Vergi incə sənətdir,  sənətkar olmağa az qaldı 

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85  vəya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər