Cümə, 05 İyul 2019 09:30

Təcrübədə komissiya müqaviləsi ilə bağlı ən çox rast gəlinən YALNIŞ

Mülki Məcəllənin 808-ci maddəsinə əsasən, komissiya müqaviləsinə görə bir tərəf (komisyonçu) digər tərəfin (komitentin) tapşırığı ilə muzd müqabilində öz adından, lakin komitentin hesabına bir və ya bir neçə əqd bağlamağı öhdəsinə götürür.

Məcəllədən göründüyü kimi, komissiya müqaviləsi üzrə satdığı mallara görə haqq alan tərəf - komisyonçu, malların sahibi olan və satışa görə mükafat verən tərəf isə komitent adlandırılır. Mülki Məcəllənin 810-cu maddəsinin tələbləri də qiymətin formalaşması baxımından önəmlidir:

- Komisyonçu komitentin göstərişlərinə əməl etməli, o cümlədən qiymətlərin limitini gözləməlidir;

- Komitent öz zərərinə olan kənarçıxmalarla bağlanan əqddən imtina edə bilər, amma komisyonçunun zərər üçün kompensasiya təklif etdiyi hallar istisna təşkil edir;

- Komisyonçunun daha sərfəli şərtlərlə bağladığı əqddən bütün fayda komitentə çatır.

Təcrübədə komisyonçunun malı komitentlə razılaşdığı qiymətdən daha yüksək qiymətə satması və bunu gəlir kimi qiymətləndirməsi halına çox rast gəlinir.

Misal. Tutaq ki, “A” MMC “Dadlı su” şirkəti ilə komissiya müqaviləsi imzalayıb, 5 litrlik qablarda su satışını həyata keçirir. “Dadlı su” şirkəti müqavilə şərtlərinə əsasən, su satışından 10 faiz komissiya haqqını “A” MMC-yə ödəyəcək. Həmçinin, komitentin təqdim etdiyi qiymət cədvəlinə əsasən, suyun 5 litrinin qiyməti 2 manatdır. Amma “A” MMC öz mağazasında həmin suyun 2 yox, 3 manata satışını həyata keçirir. Bu zaman satışdan yaranan fərqi (1 manatı) öz gəliri kimi qiymətləndirir və komitentə hər hansı məlumat vermir.

Artıq bu hal komissiya müqaviləsinin pozulması hesab oluna bilər və vergi orqanı vergi hesablamaq üçün komissiya müqaviləsi üzrə komissiya haqqını yox, tam dövriyyəni əsas götürə bilər. 

 "Komissiya və agent müqavilələri üzrə vergi öhdəlikləri", "Nağdsız hesablaşmalar", "Elektron qaimə-faktura", "Pərakəndə və topdansatış, istehsal və ictimai iaşə müəssisələrində vergi uçotu",  "Əlavə dəyər vergisi" ,"Gəlirdən çıxılan və çıxılmayan xərclər" və s. bölmələrin də olduğu 

“Vergi uçotu: A-dan Z-yə” kitabı 12 iyun tarixdən ARTIQ SATIŞDA

768 səhifəlik, 36 bölməlik, 1 000 praktiki misal, 100 səhifə sənəd nümunəsi və elektron baza (CD disk) 

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

Vergi incə sənətdir,  sənətkar olmağa az qaldı 

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85  vəya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Şərh yazın