Cümə, 05 İyul 2019 05:50

"Nağdsız hesablaşmalar haqqında" Qanunun tələbi ilə bağlı 2 SƏHV yanaşma

Təcrübədə rast gəlinən müzakirələrdən biri odur ki, vergi ödəyicisi gəlirdən çıxılmayan xərclər üzrə və ya qeyri-sahibkarlıq üzrə ödənişlər edərkən, bunlar limitə aid edilir, yoxsa yox. Bu suala misalların köməyi ilə cavab tapmağa çalışaq.

Misal 1. “A” MMC mənfəət hesabına yeni il tΩdbiri keçirir və 2 500 manat ödənişi nağd şəkildə restorana ödəyir.

Misal 2. “A” MMC vergi ödəyicisi olmayan təsisçiyə 3 000 manat dividend ödəyir.

Hər iki misalda ödənişlərin gəlirdən edilməsinə baxmayaraq, “Nağdsız hesablaşmalar” Qanunun 3.3-cü maddəsində belə bir xüsusi hal nəzərdə tutulmur. Qanunun 3.3-cü maddəsində konkret göstərilir ki, “hesablaşmalar” üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir. Bundan əlavə, bir məqamı da qeyd edək ki, vergi ödəyicisinin nağdsız hesablaşmalarla bağlı qanunvericiliyin tələblərini pozaraq nağd şəkildə apardığı əməliyyatlar nəticəsində yaranan xərclər gəlirdən çıxılan xərclərə aid edilir.
Sadələşdirilmiş vergi ödəyicisi kimi fəaliyyət göstərir və aylıq nağd limiti 15 000 manat olmasına baxmayaraq, 20 000 manatlıq mallar alır. Bəzi vergi ödəyiciləri düşünürlər ki, 5 000 manatlıq (20 000 manat – 15 000 manat) mal qaydalara uyğun alınmadığına görə gəlirdən çıxılan xərclərə aid edilmir. Ancaq bu, belə deyil!

Bir daha qeyd edirik ki, qanunvericiliyin tələbləri, təsir dairəsi sırf hesablaşmalara aiddir vı bu pozuntuların xərc maddəsi ilə əlaqəsi yoxdur. O səbəbdən də 20 000 manatlıq malın hamısı gəlirdən çıxılan xərclərə aid ediləcək. Fiziki şəxslər müvafiq vergi öhdəliklərini yerinə yetirdikdən sonra sərbəst vəsaitlərdən istifadə hüququna malikdirlər. Amma bu o anlama gəlmir ki, fiziki şəxs olan vergi ödəyicisinin tipindən asılı olaraq, sərbəst vəsaitlərdən limitdən artıq nağd qaydada xərcləmək hüququ olsun. Eyni halda, hüquqi şəxsin mənfəəti hesabına aparılan əməliyyatlar da qanunvericiliyin tələblərinə uyğun icra olunmalıdır.

 "Nağdsız hesablaşmalar", "Elektron qaimə-faktura", "Pərakəndə və topdansatış, istehsal və ictimai iaşə müəssisələrində vergi uçotu",  "Əlavə dəyər vergisi" ,"Gəlirdən çıxılan və çıxılmayan xərclər" və s. bölmələrin də olduğu 

“Vergi uçotu: A-dan Z-yə” kitabı 12 iyun tarixdən ARTIQ SATIŞDA

768 səhifəlik, 36 bölməlik, 1 000 praktiki misal, 100 səhifə sənəd nümunəsi və elektron baza (CD disk) 

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

Vergi incə sənətdir,  sənətkar olmağa az qaldı 

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85  vəya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

1 Şərh

  • Şərh bağlantısı Ayna Cümə, 05 İyul 2019 10:37 tərəfindən təqdim olunub Ayna

    Salam.Fiziki şəxs gəlir vergisi ödəyicisidir. rüblük arayışı verəndə gəlir bölməsində elektron qaimə ilə olan xərcləri çıxıldıqdan sonra yazmaq laımdır?

Şərh yazın