Fiziki şəxs özünə əmək haqqı hesablaya və sosial sığorta ödənişini gəlirdən çıxa bilər?

Fiziki şəxs özünə əmək haqqı hesablaya və sosial sığorta ödənişini gəlirdən çıxa bilər?

Vergi Məcəlləsinin 109.5-ci maddəsinə əsasən, əmək haqqı kartlarının alınmasına çəkilən xərclər istisna olmaqla, fiziki şəxsin fərdi istehlakla və ya əmək haqqının alınması ilə bağlı olan xərcləri gəlirdən çıxılmır.

Sual olunur ki, fərdi sahibkarlıqla məşğul olan şəxslər özünə əmək haqqı hesablaya bilırmi? Sahibkarlıqla məşğul olan fiziki şəxs həm də işəgötürən olduğundan, özü-özüylə əmək münasibətində ola bilməz. Fiziki şəxs kimi fəaliyyət göstərən sahibkar işçi olmadığı üçün ona əmək haqqı da hesablanıla bilməz. O səbəbdən, fərdi sahibkar olan fiziki şəxsə əmək haqqı hesablanılması yanlışdır. Amma “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq fərdi sahibkarın fəaliyyət növündən asılı olaraq minimum əmək haqqının müəyyən faizi həcmində aylıq məcburi dövlət sosial sığorta haqqı (sabit məbləğ) gəlirdən çıxılır. Fərdi sahibkar müvafiq qaydada vergi öhdəliklərini yerinə yetirdikdən və müvafiq rəsmiləşdirmə apardıqdan sonra yerdə qalan məbləği öz şəxsi məqsədləri üçün istifadə etmək hüququna malikdir.
Misal üçün, sadələşdirlmiş vergi ödəyicisi olan Kazımov Elçin vergi öhdəliklərini həyata keçirdikdən sonra, qalan 300 manatı fırdi istehlak nümunəsi kimi öz şəxsi maşınının təmirinə xərcləyib. Onun buna hüququ var. Lakin bu əməliyyat rəsmiləşdirilsə belə, gəlirdən çıxılan xərclərə aid edilmir.

"Elektron qaimə-faktura", "Pərakəndə və topdansatış, istehsal və ictimai iaşə müəssisələrində vergi uçotu",  "Əlavə dəyər vergisi" ,"Gəlirdən çıxılan və çıxılmayan xərclər" və s. bölmələrin də olduğu 

“Vergi uçotu: A-dan Z-yə” kitabı 12 iyun tarixdən ARTIQ SATIŞDA

768 səhifəlik, 36 bölməlik, 1 000 praktiki misal, 100 səhifə sənəd nümunəsi və elektron baza (CD disk) 

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

Vergi incə sənətdir,  sənətkar olmağa az qaldı 

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85  vəya [email protected]

2 Komment

  1. Ziya 04 İyul 2019

    Bu kitabin ( A dan Z e vergi ucotu) qiymetini deyerdiniz zehmet olmasa

  2. Anar 27 İyul 2020

    Salam.Hansi qanunda yazilib ki, Sahibkarlıqla məşğul olan fiziki şəxs həm də işəgötürən olduğundan, özü-özüylə əmək münasibətində ola bilməz. Olmaz deyilən məhfuma harda hansi qanunda rast gəlmək olar?

Şərh yazın

Xəbərlər